top
Əfran İsmayılovun ideal “11-liy”i: “Çoxları hələ də məni futbolçu kimi tanıyır” Idman.biz
09 oktyabr 2025, 13:25
- ↺ +

Əfran İsmayılovun ideal “11-liy”i: “Çoxları hələ də məni futbolçu kimi tanıyır”

"Hazırda Azərbaycanda çalışan məşqçilərin 90 faizi Qurban müəllimin əlinin altından keçib".

Bunu Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Araz-Naxçıvan"da baş məşqçinin köməkçisi işləyən Əfran İsmayılov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Yeni yaşınızda özünüzə nə arzuladınız?

– Əslində o qədər də ciddiyə almıram. Sadəcə düşünürəm ki, yaşımın üstünə yaş gəlir. İndiyə qədər heç vaxt təmtəraqlı şəkildə ad günü qeyd etməmişəm, bundan sonra da etmək fikrim yoxdur. Öz işimi düşünür, daha yaxşı nəticələr qazanmaq istəyirəm.

– Məşqçilik karyarInizin başlanğıcındasınız, amma futbolçu kimi daha çox tanınmısınız, nəinki məşqçi kimi. Hansı daha çətindir: futbolçu, yoxsa məşqçi olmaq?

– İnanın, çoxları hələ də məni futbolçu kimi tanıyır. Məşqçi işlədiyimi bilənlər çox deyil. Amma məşqçilik oynamaqdan daha məsuliyyətlidir. Futbolçu kimi yalnız özünə cavabdeh olursan, məşqçi kimi isə 30-40 nəfərin məsuliyyətini daşıyırsan. Ona görə məşqçi işləmək həm çətin, həm də daha məsuliyyətlidir.

– Karyeranızda çoxlu oyunlara çıxmısınız. Hansını unudulmaz hesab edirsiniz?

– Unudulmaz oyunlarım çox olub. Amma düşünürəm ki, ən yadda qalanı 2010-cu ildə Avropa Liqasının III təsnifat mərhələsində Polşanın "Visla" klubu ilə ilk oyunumuz idi. Həmin qarşılaşma möhtəşəm keçmişdi. Həm futbolçu, həm də məşqçi kimi deyə bilərəm ki, o ab-havanı heç vaxt unutmamışam. İlk dəfə idi, Tofiq Bəhramov adına Respublika stadionunu belə dolu görürdüm. Bu da oyunumuza böyük təsir göstərmişdi.

– Məşqçilik karyeranızda kimdən mənimsədikləriniz sizə kömək olur?

– Qurban Qurbanovun həm şəxsiyyət, həm də futbolçu kimi formalaşmağımda rolu çox böyükdür. Hazırda Azərbaycanda çalışan məşqçilərin 90 faizi Qurban müəllimin əlinin altından keçib. Onun əməyi danılmazdır. O, Azərbaycan futbolunun fəxridir. Böyük işlər görüb və elə davam edir. Hamı ona təşəkkür etməlidir ki, Azərbaycan futboluna bu qədər dəyərli məşqçilər və futbolçular qazandırıb.

– Maraqlıdır ki, hücumçu olmasanız da baxımlı qollarınızın sayı az deyil. Hazırkı məqamda özünüzə bənzətdiyiniz futbolçu varmı?

– Açığı, buna çox önəm verməmişəm. Belə oyunlara, futbolçulara baxıram, amma xüsusi bir seçim etməmişəm.

– Maraqlıdır ki, ən yaxşı vaxtlarda belə, legioner həyatı yaşamadınız. Bu, seçim idi, yoxsa təsadüf?

– Legioner həyatı heç vaxt yaşamamışam, düzü, elə bir marağım da olmayıb. Burada qazanmışam və Bakıdan kənarda, anamsız qala bilmirəm. Ona görə ölkə xaricinə çıxmaq mənə maraqlı olmayıb. Amma məşqçi kimi hamıya məsləhət görərdim ki, gedə bilirsinizsə, gedin. Çünki futbolçunun karyerası üçün xarici təcrübə çox vacibdir. Baxmayaraq ki, özüm gedə bilməmişəm. Məşqçi kimi də bunu düşünməmişəm.

– Əgər Azərbaycan millisində öz "ideal heyətinizi" qurmalı olsaydınız, "11-liy"ə kimləri seçərdiniz?

– Rəşad Sadıqov, Ruslan Abışov, Maksim Medvedev, Mahir Şükürov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Elvin Məmmədov, Vaqif Cavadov, Zaur Tağızadə və Rauf Əliyev, qapıda isə Kamran Ağayev oynayardı. Bu, mənim baxışımda güclü kollektiv olardı.

– Maraqlıdır ki, nə "Qarabağ", nə də digər klublar sizə vida matçı keçirmədi. Baxmayaraq ki, Avropada tez-tez belə oyunlar keçirilir, hətta bəzi azərbaycanlı oyunçulara da vita matçı keçirilib. Belə bir gözləntiniz olmuşdu?

– Vida matçı bizdə, ümumiyyətlə, olmur. Özüm də bu barədə heç maraqlanmamışam. Bizdə belə şeylər çox da şişirdilmir.

– Ümumiyyətlə, sizin yaş kateqoriyasından olan bəzi futbolçular hələ də aşağı liqalarda çıxış edir. Futbolu bir az daha gec bitirə bilərdinizmi?

– Dizim imkan vermədi, ona görə baxdım ki, artıq davam etmək çətin idi. Böyük bir ehtiyac da qalmadı. Sonradan birinci liqadan təkliflər olsa da, bitirməyi seçdim. Daha sonra məşqçiliyə başladım. Gec bitirməyi düşünməmişdim. Həmişə sağlamlığı ön planda tutmuşam və buna görə də peşman deyiləm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər