top
Əfran İsmayılov: İndiki Çelsi səkkiz il əvvəlki Çelsidən tamam fərqlidir Idman.biz
04 noyabr 2025, 15:41
- ↺ +

Əfran İsmayılov: "İndiki "Çelsi" səkkiz il əvvəlki "Çelsi"dən tamam fərqlidir"

İngiltərənin "Çelsi" klubunun hazırkı heyəti "Qarabağ"ın 8 il əvvəl üz-üzə gəldiyi komanda ilə müqayisədə tamam başqadır.

"Köhlən atlar"ın sabiq futbolçusu Əfran İsmayılov "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda London təmsilçisinə qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

"2017-ci ildə bu turnirin qrup mərhələsinə vəsiqə qazanmışdıq, həmin vaxt "Çelsi"ni görmüşəm. Oynamasam da, matçın iştirak ərizəsində idim. İngiltərə Premyer Liqası İtaliya, İspaniya, Almaniya və Fransa çempionatı ilə müqayisə oluna bilməz. İngiltərə çempionatı çox keyfiyyətli, dinamik, sürətli, atletikdir. Bəzən qarşılaşmaların sonlarında, 80-ci dəqiqədən sonra qollar vurulur. Təmsilçimizin rəqibi olan "Çelsi" son klublararası dünya çempionatının da qalibidir. Bizim oynadığımız dönəmdə Eden Azar və Villianın çox yaxşı vaxtları idi. Həmin matçların taleyinin 50-60 faizini demək olar ki, onlar həll etdilər", - deyə "Report"a açıqlamasında deyib.

Ə.İsmayılov "Çelsi"də indi də texnikalı oyunçuların yer aldığını söyləyib:

"Hazırkı heyət əvvəlki ilə müqayisədə tamam başqadır. London təmsilçisi keyfiyyətli futbolçulara malikdir. Kifayət qədər də ehtiyat qüvvələri var. Amma biz doğma azarkeşlərin önündə oynayacağıq. "Qarabağ" Avropada yaxşı nəticələr də əldə edir. Komandaya ümidlər böyükdür. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanılıb, burada "Benfika" və "Kopenhagen" kimi klublara qalib gəliblər. Hamı "Qarabağ"dan çox şey gözləyir. "Çelsi"yə qarşı matçda suallar çoxdur. Çoxları qalib gələcəyimizə də inanmır. Amma futbolda istənilən nəticə qeydə alına bilər".

O, "Qarabağ"ın təcrübəli komanda olduğunu vurğulayıb:

"Baş məşqçi Qurban Qurbanovun kifayət qədər təcrübəsi var. İnanıram ki, rəqibi yaxşı təhlil edib. Komanda kompakt şəkildə oynamalıdır. Bu qarşılaşmada qapıçının üzərinə də böyük yük düşəcək. Bizim də şanslarımız olacaq. Bunlardan maksimum yararlana bilsək, inanıram ki, sürpriz də edə bilərik. Heç-heçə bizim üçün qələbəyə bərabər olacaq. Azarkeşlərimiz də böyük dəstək göstərəcəklər. Həqiqətən "Qarabağ" elə yerə gəlib ki, bu, sanki möcüzədir. Komanda "İmişli", sonra isə "Çelsi" ilə oynayır. Rəqib isə "Tottenhem"lə matçdan sonra Bakıya gəlir. Fərq çöx böyükdür".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər