"Şamaxı"nın futbolçusu Edqar Ədilxanov legioner həyatı yaşaya bilər.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, bir neçə ölkədən ona təklif gəlib. Xüsusilə Kipr klubları U-21 millimizin üzvünə maraq göstərir.
Əcnəbi menecerlərdən biri futbolçu ilə müqavilə bağlamaq niyyətindədir. Yarımmüdafiəçi razılaşarsa, həmin şəxs onu qış "transfer pəncərəsi"ndə Avropaya aparacaq.