top
Edqar Adilxanov: Legioner adı ilə Azərbaycandan çıxıb hər hansı komandada oynamaq istəmirəm - MÜSAHİBƏ Idman.biz
01 sentyabr 2025, 13:16
- ↺ +

Edqar Adilxanov: "Legioner adı ilə Azərbaycandan çıxıb hər hansı komandada oynamaq istəmirəm" - MÜSAHİBƏ

"Şamaxı"nın futbolçusu Edqar Adilxanovun Futbolinfo.az-a müsahibəsi

– "Sumqayıt"la matçda qazanılan 1 xal yetərlidir?

– Bilirdik ki, oyun ağır olacaq. Fikrimcə, həm biz, həm də rəqib bu oyunda heç-heçəyə layiq idik.

– Meydana daxil olarkən dərhal komandanızın yeganə qolunun müəllifi oldunuz. Ayxan Abbasov sizə qol tapşırığı vermişdi, yoxsa sadəcə fürsətdən yararlandınız?

– Ümumiyyətlə, ehtiyatdan daxil olan futbolçu oyunu gücləndirməlidir. Düzü, belə bir tapşırıq olmamışdı. Fürsət düşdü, mən də həmin fürsətdən istifadə etdim.

– Komandanızın mövsümün startındakı nəticələri necə dəyərləndirirsiniz? Ümumilikdə çempionatın səviyyəsi barədə fikriniz necədir?

– Səviyyə keçən ilkindən daha güclüdür, daha maraqlıdır. Mövsümə pis başlamamışıq. Ümid edirəm, gələcək oyunlarda daha çox xallara və qələbələrə sevinərik. Yaxşı komandamız var, özümüzə inanırıq.

– Gənc və perspektivli futbolçulardan sayılırsız. Xaricdən və ya digər klublardan təkliflər almısınız? Yaxın gələcəkdə legioner həyatı yaşamaq kimi planlarınız varmı?

– Bir neçə təklif olmuşdu. Legioner adı ilə Azərbaycandan çıxıb hər hansı komandada oynamaq istəmirəm. Daha böyük düşünürəm və ambisiyalarım başqadır. Üzərimdə işləyib, bunlara nail olmaq istəyirəm.

– Ötən mövsümü sizin üçün uğurlu hesab etmək olar – futbolçu olaraq parladınız. Bəs, bu mövsüm özünüzü inkişaf etdirmək üçün nə kimi işlər görürsünüz və Ayxan Abbasovdan hansı iradları eşidirsiniz?

– Zəif və güclü tərəflərim var. Bunların arasında ən vacib şey stabillikdir. O da təcrübə və öz üzərimdə işləmək nəticəsində gəlir. Həmişə özümü analiz edirəm və Ayxan müəllim zəif tərəflərimi göstərərək onları aradan qaldırmağa kömək edir.

– "Şamaxı" gənc futbolçulara şans verməsi ilə tanınır. Cari mövsümdə legioner limitinin olmamasına baxmayaraq bu siyasət davam edir. Bu amillər sizin inkişafınıza necə təsir göstərir?

– Düşünürəm, inkişafım üçün çox yaxşı bir yerdəyəm.

– U-21 millisinin üzvü kimi Portuqaliya və Bolqarıstanla oyunlara necə hazırlaşırsınız?

– Maksimum dərəcədə çalışacağıq ki, bu iki qarşılaşmadan üzüağ çıxaq. Əsas odur ki, özümüzə güvənək və mübarizə aparaq.

– Bu rəqiblər barədə nə kimi məlumatınız var və şanslarınızı necə qiymətləndirirsiniz?

– Millinin toplanışı hələ başlamayıb. Toplanışda analiz edib rəqiblərimizi daha yaxından tanıyacağıq.

– Bir futbolçu olaraq mövsümün əvvəlində qarşıya qoyduğunuz hədəflər nələrdir?

– Əsas hədəfim sabitlikdir. İstəyirəm ki, çoxlu qollar və assistlərlə komandama kömək edim.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Oxşar xəbərlər