top
Eden Azar xeyriyyə matçı üçün Çelsiyə qayıdır Idman.biz
11 oktyabr 2025, 16:57
- ↺ +

Eden Azar xeyriyyə matçı üçün "Çelsi"yə qayıdır

Belçika millisinin sabiq kapitanı Eden Azar yenidən "Çelsi"nin heyətində meydana çıxacaq. "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan London klubu sabiq ulduzunun iştirakı ilə xeyriyyə oyununa hazırlaşır.

İdman.biz xəbər verir ki, "The Mirror" nəşrinin məlumatına görə, 34 yaşlı keçmiş yarımmüdafiəçi futbol karyerasını 2023-cü ilin oktyabrında başa vurmasına baxmayaraq, bu gün "Stemford Bric"də keçiriləcək "Çelsi əfsanələri" ilə "Liverpul əfsanələri" arasında xeyriyyə matçında meydana çıxacaq.

Azarla yanaşı, onun sabiq komanda yoldaşları - Con Terri, Petr Çex, Dieqo Kosta, Ramires və Con Obi Mikel də oyunda iştirak edəcək.

Qarşılaşmadan toplanacaq bütün vəsait "Çelsi" klubunun və futbolçuların xeyriyyə fondlarına yönəldiləcək.

E.Azar "Çelsi"ni 2019-cu ilin yayında tərk etmişdi. O, həmin mövsüm Avropa Liqasının finalında "Arsenal"a qarşı 4:1 hesablı qələbədə dubl etmiş və komandasına titulu qazandırmışdı. Qeyd edək ki, həmin final qarşılaşması Bakının Olimpiya Stadionunda keçirilmişdi.

Daha sonra belçikalı futbolçu 100 milyon funt qarşılığında "Real Madrid"ə transfer olunsa da, İspaniyada uğurlu çıxış edə bilmədi. Daimi zədələr və formadan düşməsi səbəbindən Azar "Real"da cəmi 76 oyunda meydana çıxaraq yeddi qol vurdu.

"Çelsi"də keçirdiyi yeddi il ərzində Azar 352 oyunda 110 qol vurub, 92 məhsuldar ötürmə edib. O, klub tarixinin ən uğurlu və sevilən futbolçularından biri hesab olunur.

Qeyd edək ki, Eden Azar Belçika millisinin heyətində Azərbaycan yığmasına qarşı da oynamışdı. Bu qarşılaşmalar Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutmuşdu. 2011-ci il martın 29-da Brüsseldə keçirilən görüşdə millimiz 1:4 hesabı ilə uduzmuş, sentyabrın 2-də Bakıda oynanılan cavab matçı isə 1:1 hesablı bərabərliklə yekunlaşmışdı.

Azar həmin oyunlarda fərqlənməsə də, Bakıda keçirilən qarşılaşmada onun qarşı kobudluğa görə penalti təyin edilmiş, Timi Simons isə həmin zərbəni dəqiq yerinə yetirmişdi. Azərbaycan millisinin yeganə qolunu isə Rauf Əliyev vurmuşdu.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Oxşar xəbərlər