Dünyanın ən yaxşı hücumçularının siyahısı bəlli olub.
İdman.biz xəbər verir ki, "FourFourTwo" portalı planetin ən yaxşılarını açıqlayıb.
Siyahıya "Mançester Siti" və Norveç millisinin futbolçusu Erlinq Haland başçılıq edir. "Real"ın fransalı hücumçusu Kilian Mbappe ikincidir. İlk "üçlüy"ü "Bavariya"nin ingilis forvardı Harri Keyn qapayır.
"Qalatasaray"ın ulduzu Viktor Osimhen də "onluq"da yer alıb. O, siyahıda 5-cidir. Lautaro Martines ("İnter") 4-cü olduğu cədvəldə Aleksander İsak ("Nyukas"), Viktor Dyokereş ("Sportinq"), Olli Uotkins ("Aston Villa"), Kay Haverts ("Arsenal") və Xulian Alvares ("Atletiko") də 10 ən yaxşı arasında yer alıblar.
İdman.biz