top
Dünən Vinisiusun günü deyildi: Alonsonu, Pedrini, Yamalı təhqir etdi Idman.biz
27 oktyabr 2025, 18:41
- ↺ +

Dünən Vinisiusun günü deyildi: Alonsonu, Pedrini, Yamalı təhqir etdi

Dünən İspaniyada "Real Madrid" və "Barselona" komandaları arasında keçirilən "El Klassiko" oyun ərzindəki gərgin anlarla yanaşı, qısa fasilələrdə və oyundan sonra yaranan qarşıdurmalarla da yadda qalıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada gərgin mübarizə ilə yanaşı ən çox diqqət çəkən epizodlar "Real"ın sol cinah hücumçusu Vinisius Juniorla bağlı olub.

O, əvvəlcə Pedrini təhqir edib. Buna səbəb "Barselona"nın mərkəz oyunçusu Pedri Qonzalesin əks-hücum zamanı Vinisiusa sürətdə uduzması və məcbur qalaraq onun köynəyindən tutub dartması olub. Vinisius isə üzünü hakimə çevirərək:

"O kapitan deyil, sənə yaxınlaşmağa icazəsi yoxdur. Mənə toxunma, ona da mənə toxunmağa icazə vermə. O həmişə danışır, həmişə danışır. Yetər artıq mızıldadığı", - deyə etiraz edib.

Xabi Alonso onu əvəzləməyi qərara aldıqda isə Vinisius Junior ehtiyat skamyasına doğru gedərkən məşqçiyə əsəbi şəkildə: "Mən komandadan gedəcəm, mənim üçün buradan getmək daha yaxşıdır", deyib və bunun ardınca Alonsonu açıq şəkildə söyüb.

Baş məşqçi isə həmin an: "Davam et, Vini, lənətə gəlmiş!" - deyə səslənib.

Oyundan sonra gərginlik meydanda da davam edib. Vinisius görüş başa çatdıqdan sonra yenidən meydana çıxaraq Lamin Yamala yaxınlaşaraq onu sözləri ilə təxribata çəkib: "Sən çox danışırsan. Bildiyin yeganə şey topu arxaya ötürməkdir".

Bunun cavabında isə Yamal rəqibinə tunelə enib təkbətək söhbət etməyi, yəni dalaşmağı təklif edib. Lakin futbolçular tunelə çatmadan komanda yoldaşları tərəfindən ayrılaraq paltardəyişmə otaqlarına aparılıblar.

Qeyd edək ki, gərginliyin fonu matçdan əvvəl də mövcud idi. Yamal görüş öncəsi "Real"ı hiyləgərlikdə və daima şikayət etməkdə ittiham etmişdi. Onun atası isə Laminin "Real"ı "qızardacağını" bildirmiş, Madrid klubunu "qabırğa" ilə müqayisə etmişdi.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Oxşar xəbərlər