Dörd məşhur futbolçu "Barselona"ya keçmək üçün sərfəli müqavilələrdən imtina etməyə hazır olduqlarını bildiriblər.
İdman.biz xəbər verir ki, Kataloniya klubu yayda heyətin gücləndirilməsi çərçivəsində öz namizədlərini nəzərdən keçirir.
Prioritet hədəfin "Liverpul"un cinah oyunçusu Luis Diaz olduğu vurğulanır. Ondan başqa, klubun maraq dairəsində Bilbao "Atletik"inin cinah oyunçusu Niko Uilyams, "Mançester Yunayted"in hücumçusu Markus Reşford və müqaviləsi iyunun 30-da başa çatacaq PSV-nin futbolçusu İvan Perişiç də var.
Mənbənin sözlərinə görə, adıçəkilən ulduzların 4-ü də "Barselona"nın perspektivli gələcəyinə inanaraq Hans-Diter Flikin rəhbərliyi altında oynamaq imkanı üçün daha sərfəli təkliflərdən imtina etməyə hazırdır.
İdman.biz