top
Donnarumma PSJ-dən ayrılır? Çelsi, Qalatasaray və digər variantlar Idman.biz
29 iyul 2025, 11:16
- ↺ +

Donnarumma PSJ-dən ayrılır? "Çelsi", "Qalatasaray" və digər variantlar

Canluici Donnarumma həqiqətən də "PSJ"dən ayrıla bilər – hətta Çempionlar Liqasını qazandıqdan sonra belə.

dman.biz "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı italiyalı qapıçı ilə müqavilənin müddətinin uzadılması üzrə danışıqlar, demək olar ki, dayanıb.

Donnarumma maaşının artırılmasını istəyir. Eyni zamanda PSJ "Lill"dən yeni qapıçı tapıb və transferi reallaşdırmaq üzrədir.

Bəs Cici? Doğrudanmı gedəcək?

Donnarumma maaşının artırılmasını istəyir, PSJ isə əksinə, hətta daha az təklif edir. Nə qədər? Donnarumma ildə ən azı 15 milyon avro istəyir. Hazırda təxminən 13 milyon alır. PSJ isə məbləğin sabit hissəni 10 milyona endirib, aradakı fərqi əlavə bonuslarla kompensasiya etmək niyyətindədir - klub güzəştə getmir. Donnarummanı yüksək dəyərləndirirlər, lakin zorla saxlamaq fikrində də deyillər – hazırkı müqavilə bir ildən sonra bitir, uzadılmasa, onu indi satmaq lazımdır, əks halda pulsuz buraxmaq ağılsızlıq olar.

Cici PSJ-də qalmaq istəyir, amma bu mövsüm göstərdiyi oyunun maddi baxımdan qiymətləndirilməsini tələb edir.

Üstəlik, Donnarumma ilə müqavilənin uzadılması mövzusu birinci dəfə deyil gündəmə gəlir: məsələn, ötən yay da onu "Mançester Siti"yə göndərirdilər. "L"Equipe"ə görə, bu dəfə də vəziyyət təkrarlanır: bəzi məlumatları agent Enzo Rayola (mərhum Mino Rayolanın əmisi oğludur) yayır – məsələn, "Bavariya" və "Yuventus"un ona marağı barədə. Enzo hətta "Milan"a qayıdış ehtimalını da istisna etmir – orada onu necə sevdiklərini, yəqin ki, xatırlayırsınız.

PSJ isə Rayolanın təzyiqlərinə uymur. Artıq "Lill"dən qapıçı Luka Şevalyenin transferini razılaşdırıblar – bonuslarla birlikdə 40 milyon avrodan çox ödəyəcəklər. Jurnalist Saşa Tavolyeri yazır ki, onun keçidinin əsas şərtlərindən biri əsas heyətə düşməkdir. Luka üçün dünya çempionatı öncəsi daim oynamaq vacibdir. Yəqin ki, o hətta PSJ naminə ehtiyatda qalmağa razı olmayıb.

"L"Equipe" də israr edir: əgər Şevalye alınırsa, bu o deməkdir ki, Donnarumma ilə danışıqlar uğursuzluqla nəticələnib. PSJ yeni qapıçı almağı planlaşdırmırdı. Canluici ehtiyat oyunçular sırasında olmağa qətiyyən razı deyil və keçən mövsüm Luis Enrike rusiyalı Matvey Safonovu meydana buraxanda onunla az qala mübahisə etmişdi. İtaliyalı qolkiper hətta qapı xəttində rotasiyanı belə qəbul etmir – hər oyunda oynamaq onun üçün vacibdir.

Jurnalist Saşa Tavolyeri və "Foot Mercato"nun məlumatına görə, PSJ-nin qapıçısı ilə maraqlanan bir neçə klub var.

Ən çox adı hallanan "Çelsi"dir. Donnarumma İngiltərəyə köçməyə qarşı deyil, üstəlik London klubu uzun müddətə əsas qapıçı axtarır. Robert Sançes inamlı görünmür. Klublararası dünya çempionatı öncəsi "Milan"dan Mayk Menyanla danışıq aparırdılar. Amma 30 yaşlı qapıçı üçün qiymətdə razılaşa bilmədilər. O vaxtdan "Çelsi" qapıçı axtarışını sanki dayandırdı və qapı xəttini "təmizləməyə" başladı: Mayk Penders icarəyə verildi, Corce Petroviç isə satıldı.

İtaliyalı qapıçının adı "Mançester Siti" və "Mançester Yunayted"lə də hallandırılır, amma o klublarda vəziyyət əsas qapıçıların ayrılmasından asılıdır.

Gözlənilmədən Donnarummanın mümkün transfer ünvanlarından biri kimi "Qalatasaray"ın da adı çəkilir Türkiyə klubu PSJ ilə danışıqlardakı çətinliklərdən istifadə edib onu cəlb etməyə çalışır. Viktor Osimhenin məsələsini həll etdikdən sonra "sarı-qırmızılılar" artıq özlərinə güvənirlər. Donnarummanın aparıcı liqalardan kənara çıxmağa razılaşması çətin görünsə də, "Foot Mercato"ya görə, bu variant mövcuddur.

May ayında agent Enzo Rayola təsdiqləmişdi ki, onlar yeni variantları nəzərdən keçirməyə hazırdırlar: "Heç yerə tələsmirik. Klubla münasibətlərimiz yaxşıdır. Canluici Parisdə xoşbəxtdir, amma digər klubların maraq göstərməsi də müsbətdir. Hələlik heç kim konkret addım atmayıb. Yeni müqavilə imzalanmasa, seçimlərə baxacağıq. Hazırda heç nəyi istisna etmirik."

O həmçinin müştərisinin əhəmiyyətli oyunçu olmasını da vurğulamışdı: "Donnarumma "Qızıl top"a layiqdir. PSJ onun seyvləri olmasaydı, heç vaxt Çempionlar Liqasını qazanmazdı."

Bəlkə də, bunu artıq gələn mövsüm yoxlamaq mümkün olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Oxşar xəbərlər