"Mançester Siti"nin italiyalı qapıçısı Canluici Donnarumma İngiltərə klubunda özünü evdəki kimi hiss etdiyini etiraf edib.
İdman.Biz bildirir ki, qapıçı 2025-ci ilin yay transfer pəncərəsində "şəhərlilər"ə qoşulub.
Əvvəllər PSJ-də oynayan Donnarumma parislilərlə Çempionlar Liqasının, Fransa çempionatının və ölkə kubokların qalibi olub.
"Komandaya qoşulmağımdan qısa müddət keçməsinə baxmayaraq, özümü "Mançester Siti"də evdəki kimi hiss edirəm.
"Siti" məni öz sıralarında görməyi çox istəyirdi, mənə vacib biri olduğumu hiss etdirdilər və indi də məni özlərindən biri hesab edirlər", - Donnarumma deyib.