top
Donald Trampa verilən FIFA Sülh Mükafatı Elxan Məmmədovun atasının əsərinin miniatürü imiş Idman.biz
06 dekabr 2025, 14:08
- ↺ +

Donald Trampa verilən FIFA Sülh Mükafatı Elxan Məmmədovun atasının əsərinin miniatürü imiş

Dünən Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı ABŞ Prezidenti Donald Trampa təqdim edilən FIFA Sülh mükafatı ilə bağlı maraqlı məqam məlum olub.

İdman.Biz modern.az-a istinadən xəbər verir ki, Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin "Düşüncələr və arzular" adlı məşhur əsərinin miniatür variantıdır.

Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.

Əli İbadullayev də Rəssamlar İttifaqının üzvüdür.

Fotoda: Səlhab Məmmədov və Əli İbadullayev

Hündürlüyü 4 metr olan abidə hazırda Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşir.

1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.

Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə abidə BMT-yə hədiyyə verilib.

Qeyd edək ki, FİFA bu mükafatı ilk dəfə təsis edib. FIFA rəhbəri Canni İnfantino çıxışında Trampın "sülh naminə gördüyü fövqəladə işləri" xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti "insanları birləşdirmə səyləri və dünya üzrə sülhün qorunması üçün atdığı addımlara görə", hətta Nobel Sülh Mükafatına layiq görülməli idi.

"Bu addımınıza və bu yolda əldə etdiklərinizi nəzərə alaraq, siz tamamilə FİFA-nın ilk Sülh Mükafatını haqq edirsiniz", - İnfantino bildirib.

D. Tramp isə çıxışında diplomatik təşəbbüsləri sayəsində "on milyonlarla insanın həyatını xilas etdiyini", bir çox münaqişələrin "başlamadan qarşısını aldığını" deyib.

"Bu mənim həyatımın ən böyük şərəflərindən biridir", - ABŞ prezidenti vurğulayıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:31

Xətai rayonunda məktəblilər arasında Zəfər Gününə həsr olunan kamandan oxatma turnirinin qalibləri müəyyən olundu

Futbol
Bu gün, 15:25

“Marafon” çimərlik futbolu komandası Dünya Turnirində ardıcıllıqla ikinci dəfə məğlub oldu

Futbol
Bu gün, 15:20

Qalatasarayla Fənərbağça derbisində dava edən futbolçulara ağır cəza gözlənilir

Futbol
Bu gün, 15:15

Türkiyə Kubokunun 3-cü mərhələsində 72 komanda adayaşmasında

Futbol
Bu gün, 15:00

İspaniya Kuboku 2026/27: 27 oktyabrdan 112 komanda 56 matçda qarşılaşacaq, favoritlər 1/16 finalda qoşulacaq

Futbol
Bu gün, 15:00

Barselona İsveçli mərkəz yarımmüdafiəçi Lukas Bervalla ilə maraqlanır

Futbol
Bu gün, 14:40

Okan Buruk: "Qalatasaray" Fənərbağçaya Şampionlar Liğasında fərsət vermədi

Futbol
Bu gün, 14:38

İtaliyada futbol oyunu sonrası 8 nəfər saxlanıldı, bir azarkeş komada

Futbol
Bu gün, 14:25

İngiltərə Liqa Kubokunun 1/8 finalı start götürür: "Liverpul" - "Çelsi" odak nöqtəsində, "Arsenal" üçün sərt sınaq

Futbol
Bu gün, 14:16

"Hoffenhaym" baş məşqçisi Kristian İlzer, xəstə Vensan Kompaniyə dəstək mesajı verdi

Futbol
Bu gün, 14:13

World Winners Cup Alanya 2026

Futbol
Bu gün, 14:05

Azərbaycan Kubokunda 12 oyun start götürdü: “Zirə” “Səbail”ə, “Araz-Naxçıvan” “Şimal”a qarşı

Qarabağ FK
Bu gün, 13:59

Aftandil Hacıyev: “Dinamo Zaqreb” qarşısında təcrübəmizi nəticəyə çevirməli, daha cəsarətli və keyfiyyətli oyun nümayiş etdirməliyik

Cüdo
Bu gün, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Futbol
Bu gün, 13:44

Bakıda U-15 Dünya Çempionatının qrup mərhələsi yekunlandı: İngiltərə, Fransa və Argentina turnirdən kənarda qaldı

Futbol
Bu gün, 13:40

Andrey Fedilchenkov Liverpool skaut şöbəsinin rəhbəri olacaq

Cüdo
Bu gün, 13:29

Hidayət Heydərov 73 kq çəki dərəcəsində qalanı qəbul etdi və Əbu-Dabidəki "Böyük Dəbilqə" turnirinə bu divarda qatılacaq

Futbol
Bu gün, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır;

Futbol
Bu gün, 13:21

Arçi Braun: Bardakçıya sərt sözlər, 'Qadın kimi cırmaq atırlar'

Futbol
Bu gün, 13:14

Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir

Futbol
Bu gün, 13:00

Bojan Letici: "PAOK mənə qəti şəkildə maraqlanır, lakin son anda tələb olunan məbləğ o qədər həddindən artıq idi ki, Real Madrid belə verməzdi"

Futbol
Bu gün, 12:44

Almaniya Kuboku: "Borussiya" "Verder"ə, "Bavariya" "Maqdeburq"a qarşı – 1/16 final mərhələsi başlayır

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Oxşar xəbərlər