Portuqaliyanın və "Əl-Nəsr" komandalarının hücumçusu Kriştianu Ronaldu və ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə görüşəcəklər.
İdman.Biz bu barədə The Sun qəzetinə istinadən xəbər verir.
Ronaldu dah əvvəl 47-ci prezidentlə görüşməkdə maraqlı olduğunu bildirmişdi.
Hücumçu 2009-cu ildə ABŞ vətəndaşı Ketrin Mayorqanın təcavüz iddiaları səbəbindən 2017-ci ildən bəri ABŞ-a səfər etməyib. Lakin 2019-cu ildə yerli prokurorlar ona qarşı irəli sürülən ittihamları əsassız hesab etdilər və 2023-cü ildə ikinci məhkəmə iddiasından sonra bəraət aldı.