top
Domi Massumo: Premyer Liqada güclü rəqabət var Idman.biz
23 avqust 2025, 14:28
- ↺ +

Domi Massumo: Premyer Liqada güclü rəqabət var

"Qəbələ"nin yarımmüdafiəçisi Domi Massumonun futbolinfo.az saytına müsahibəsi

– Mövsümün ilk oyununda heç-heçə etdiniz. Bu oyun barədə fikirləriniz necədir?

– Çempionatın ilk matçı məncə pis keçmədi. Komandamız yaxşı təsir bağışladı. İlk oyunlar hər zaman çətin olur. Bu dəfə də qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Öz üzərimizdə daha çox işləməklə matçda buraxdığımız səhvləri növbəti oyunlarda düzəltməyə çalışacağıq.

– Sizcə, start üçün 1 xal yaxşı nəticə sayılırmı?

– "Karvan"la oyunda qələbə qazana bilərdik, hətta demək olar ki, qazanmalı idik. Lakin təəssüf ki, bu, mümkün olmadı. Qələbəyə layiq oyun göstərsək də, sonda 1 xalla kifayətlənməli olduq. Amma düşünürəm ki, bu da pis nəticə sayılmamalıdır.

– Liqadakı hədəfiniz nədir? Sadəcə liqada qalmaq, yoxsa daha yüksək yerlərə oynamaq?

– Baxmayaraq ki, əvvəllər "Qəbələ" elitada mübarizə aparıb, bu il komandamız Premyer Liqaya yenidən yüksəldi. Əsas hədəfimiz "Qəbələ"nin adına layiq çıxış etmək və maksimum yüksək yerlər uğrunda mübarizə aparmaqdır.

– Növbəti oyununuz güclü rəqib "Zirə" ilə olacaq. Qalib gələ biləcəyinizə inanırsınızmı?

– Rəqibimizə hörmətlə yanaşırıq. "Zirə" güclü komandadır. Lakin biz də oyuna yaxşı hazırlaşırıq. Ümid edirəm ki, bu görüşdən müsbət nəticə ilə ayrılacağıq.

– İlk oyundan sonra ümumilikdə liqa barədə təəssüratlarınız necədir?

– Çempionatda yüksək səviyyəli komandalar var. Onların heyətində ustalığı kifayət qədər olan futbolçular çıxış edir. Bu baxımdan Premyer Liqanın rəngarəng və maraqlı olduğunu düşünürəm. Məncə, çempionatda güclü rəqabət var və komandaların istədiyi nəticəyə çatması heç də asan olmayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər