top
Dmitri Kramarenko: Viktor Qonçarenko “Neftçi” üçün çox yaxşı seçimdir Idman.biz
03 dekabr 2025, 16:43
- ↺ +

Dmitri Kramarenko: Viktor Qonçarenko “Neftçi” üçün çox yaxşı seçimdir

Belarusiyalı məşqçi Viktor Qonçarenko "Neftçi" klubu üçün çox yaxşı seçimdir.

Bu fikri İdman.Biz-lə söhbətində hazırda Moskva MOİK klubunun qapıçılar üzrə məşqçisi, Azərbaycan millisində də eyni vəzifədə çalışmış və keçmişdə "Neftçi"də həm futbolçu, həm də məşqçi kimi çıxış etmiş Dmitri Kramarenko bildirib.

Kramarenko 2021-ci ildə Moskva klubunda işə başlayıb. Həmin vaxt MOİK-ə rəhbərlik edən şəxs Rusiya mətbuatının məlumatına görə "Neftçi"nin baş məşqçi postuna əsas namizədlərdən biri olan Viktor Qonçarenko idi.

"Viktor Mixayloviç çox yaxşı və tələbkar mütəxəssisdir, işini əla bilir. Onun fəlsəfəsi müasir kombinasiyalı futboldur. Məşqçinin işləyəcəyi material - komandanın potensialı - çox vacibdir. Əgər onun dəvəti baş tutsa və rəhbərlik onun bütün şərtlərini yerinə yetirsə, eləcə də ona vaxt versə, nəticə mütləq olacaq", - deyə Kramarenko bildirib.

Onun fikrincə, Viktor Qonçarenkonun Azərbaycan futboluna tez uyğunlaşması çətin olmayacaq.

"Son illərdə rusiyalı mütəxəssislər Murad Musayev və Vasili Berezutski çempionatımızda yaxşı təsir bağışlayıblar. Buna görə də mentalitet baxımından burada hər şey uyğun gəlməlidir. Düşünürəm ki, adaptasiya çox tez keçəcək. Odur ki, Viktor Qonçarenkonun ‘Neftçi" üçün çox yaxşı variant olduğunu hesab edirəm", - Kramarenko vurğulayıb.

Moskva MOİK-nin qapıçılar üzrə məşqçisi həmçinin ümumilikdə "Neftçi" klubundakı vəziyyətə də münasibət bildirib.

"Son on ildə, yəqin ki, mənim orada çalışdığım vaxtlardan etibarən - "Neftçi"də həm yerli, həm də legioner - çoxlu sayda məşqçi dəyişib. Hesab edirəm ki, komandada klub prezidenti ilə baş məşqçi arasında sintez olmalıdır. Rəhbərlik tərəfindən dəqiq tapşırıqlar, peşəkar məşqçilər korpusu və keyfiyyətli futbolçuların alınması üçün uyğun maliyyə imkanları olmalıdır.

Həmçinin vacibdir ki, klubda hər mövqedə öz işinin peşəkarları çalışsın. "Neftçi"yə belə balans əldə etməyi arzulayıram, onda nəticə də olacaq", - Kramarenko əlavə edib.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Minifutbol
Bu gün, 11:20

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" Polşada "Buba Mara"ya qarşı meydanda

Futbol
Bu gün, 11:08

Klarens Zeydorfun "Korintians"dakı debütü uğursuz oldu: İlk oyunda 2:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 11:03

FİFA U-15 Dünya Çempionatı iştirakçıları üçün əyləncəli festival təşkil edildi

Futbol
Bu gün, 11:00

Xorvat "Hayduk" "Sabah"ın yarımmüdafiçisi İvan Lepinitsaya maraq göstərir

Boks
Bu gün, 10:59

Məşhur boksçu Edqar Berlanga Florida ştatında təqsirləndirilən şəxs kimi həbs olundu

Cüdo
Bu gün, 10:47

28 oktyabr Dünya Cüdo Günü: Azərbaycan cüdoçularının tarixi uğurları və 2026-cı ildə Bakıdakı dünya çempionatındakı rekordu

Basketbol
Bu gün, 10:40

Neftçi Rumıniya klubunu "Oradya" qonaq edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Oxşar xəbərlər