top
Dioqo Verdaska Kəpəzin uğursuz startı, azarkeşlər və yeni transferlər haqqında danışdı Idman.biz
17 sentyabr 2025, 13:41
- ↺ +

Dioqo Verdaska "Kəpəz"in uğursuz startı, azarkeşlər və yeni transferlər haqqında danışdı

"Kəpəz"in portuqaliyalı müdafiəçisi Dioqo Verdaskanın futbolinfo.az saytına müsahibəsi

– "Araz-Naxçıvan"la çempionat oyununda (0:2) komanda əvvəlki matçlara nisbətən yaxşı təsir bağışlasa da, yenə yekunda məğlubiyyətlə üzləşdiniz. Uğurlu nəticə üçün nə çatışmadı?

– Düşünürəm ki, ilk hissədə pis təsir bağışlamadıq, müdafiədə yaxşı idik, kompakt oynayırdıq, hücumda bir neçə imkanımız da oldu. Amma futbol 90 dəqiqə davam edir, buna görə də bu ritmi bütün 90 dəqiqə ərzində qorumağa çalışmalıyıq. "Araz-Naxçıvan" yaxşı komandadır, keçən il liqada üçüncü yeri tutub. Ona görə də oyunun çətin keçəcəyini bilirdik.

– 4 turdan sonra çempionatda xal qazanmayan yeganə komanda "Kəpəz"dir. Uğursuz startın səbəbini nədə görürsünüz?

– Mən komandaya yeni qayıtmışam, məndən əvvəl nə baş verdiyini deyə bilmərəm. Onu deyim ki, növbəti oyunda əlimizdən gələni edəcəyik.

– "Kəpəz"in doğma şəhərdən, azarkeşlərdən uzaq düşməsi komandanın çıxışına mənfi təsir edirmi?

– Razılaşaq ki, öz stadionumuzda, öz şəhərimizdə, azarkeşlərimizin qarşısında oynamaq bizim üçün üstünlük olardı. Amma bu durum qəbul etməli olduğumuz bir reallıqdır.

– Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu görüş "Kəpəz" üçün dönüş nöqtəsi ola bilərmi?

– Azərbaycan çempionatında hər oyun, hər tur önəmlidir. Hazırkı vəziyyətimizi nəzərə alsaq, bu görüş həm biz futbolçular, həm də ümumilikdə "Kəpəz" üçün olduqca önəmlidir.

– Ötən mövsüm də "Kəpəz"in formasını geyinmişdiniz və komanda Premyer Liqada qalmağı bacarmışdı. Bu sezon da "Kəpəz" liqadakı yerini qoruya biləcək?

– Fikrimcə, biz oyundan-oyuna düşünməliyik. Gələcək haqqında çox danışmağı sevmirəm. Futbolda hər şey ola bilər. Öz adıma deyə bilərəm ki, bu klub üçün əlimdən gələni edəcəyəm.

– "Kəpəz"in bu yay heyətinə cəlb etdiyi, ilk dəfə ölkəmizə gələn yeni legionerlərin səviyyəsini necə dəyərləndirirsiniz? Onlar Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərə biləcəklər?

– Yeni komanda yoldaşlarımla təxminən iki həftədir ki, məşq edirəm. Keçən illə müqayisədə komandada çoxlu yeni simalar var. Deyə bilərəm ki, bu liqa rəqabətlidir. Yalnız fiziki baxımdan güclü olmaqla və komanda işi sayəsində məqsədlərimizə çata bilərik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər