top
Dioqo Rollo: Qəbələ ilə heç-heçə komanda ruhunun göstəricisidir Sport24.az
23 oktyabr 2025, 15:00
- ↺ +

Dioqo Rollo: "Qəbələ" ilə heç-heçə komanda ruhunun göstəricisidir

"Bir neçə aspektdən - rəqib, hava şəraiti baxımından mürəkkəb oyun idi". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin futbolçusu Dioqo Rollo deyib.

Braziliyalı mərkəz müdafiəçisi komandasının Misli Premyer Liqasının 8-ci turunda "Qəbələ" ilə matçını şərh edib:

"2:0 hesabı ilə geridə olmağımıza baxmayaraq, oyundan qopmayaraq 90 dəqiqəni heç-heçə bitirməyimiz komanda ruhunun, dözümlülüyün və məqsədimiz uğrunda sona qədər mübarizə aparmaq əzmimizin göstəricisidir. Bu nəticə təkcə futbolçularımız və heyət üçün deyil, həm də İmişlini təmsil edən hər kəs üçün böyük motivasiya mənbəyidir. 8 turun yekunlarına əsasən çıxışımızı ümumilikdə müsbət qiymətləndirirəm. Təhlillər göstərir ki, uduzduğumuz oyunlarda fərqi yaradan amillər cüzi detallardan ibarət olub. Hazırda həmin məqamlar üzərində sistemli şəkildə işləyirik ki, bu tip səhvləri gələcəkdə təkrarlamayaq. Komandamız mövsümün bu mərhələsində həm fiziki, həm də psixoloji baxımdan möhkəm, həmçinin özünə tam inamlıdır. Növbəti oyuna gəlincə, deyə bilərəm ki, rəqib güclü və intizamlı komandadır, bu baxımdan qarşılaşmanın maraqlı və gərgin keçəcəyini düşünürəm. Onlara qarşı yenidən oynamağı səbirsizliklə gözləyirəm. Ötən il Azərbaycan Kubokunda "Kəpəz"lə oyun bizim üçün uğursuz alınmışdı və 1:0 hesabı ilə məğlub olmuşduq. Bu dəfə isə daha yaxşı nəticə əldə etmək və oyundan müsbət emosiyalarla ayrılmaq niyyətindəyik".

Qeyd edək ki, "İmişli" - Qəbələ" matçı 2:2 hesabı ilə bitib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
10 oktyabr 2026, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
10 oktyabr 2026, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
10 oktyabr 2026, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
10 oktyabr 2026, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
10 oktyabr 2026, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
10 oktyabr 2026, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
10 oktyabr 2026, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
10 oktyabr 2026, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
10 oktyabr 2026, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Oxşar xəbərlər