top
Dioqo Balou: Azərbaycanda oynayıramsa, Azərbaycan klubunun uğuruna sevinməliyəm - MÜSAHİBƏ Idman.biz
27 oktyabr 2025, 14:48
- ↺ +

Dioqo Balou: "Azərbaycanda oynayıramsa, Azərbaycan klubunun uğuruna sevinməliyəm" - MÜSAHİBƏ

"Bu, məşqçilər korpusumuzun əməyidir. Onların dəstəyi olmasaydı, belə rahat görünə bilməzdim".

Bu sözləri "Şamaxı"nın yarımmüdafiəçisi Dioqo Balou futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Qarabağ"dan xal aldınız...

- Çətin oyun idi. Yaxşı çıxış etdik. Komanda şəklində qazandığımız nəticədən məmnunuq.

- "Qarabağ"ın adı sizi motivasiya edirdi?

- Əlbəttə, təkcə məni yox, bütün komandamızı motivasiya edirdi. Çünki bu komanda hazırda Avropa futbolu üçün ən yuxarı səviyyə hesab olunan Çempionlar Liqasında çıxış edir. Bu cür rəqibə qarşı oynamaq isə məsuliyyət tələb edir.

- "Şamaxı"ya yayda qoşulsanız da, elə təsir bağışlayırsınız ki, sanki illərdir buradasınız. Uğurlu çıxışın arxasında nə dayanır?

- Bu, məşqçilər korpusumuzun əməyidir. Onların dəstəyi olmasaydı, belə rahat görünə bilməzdim. Həm də Azərbaycanın da rolu var. Özümü ölkənizdə çox yaxşı hiss edirəm.

- Mənə elə gəlir ki, "Şamaxı"da çox qalmayacaqsınız. Siz nə düşünürsünüz?

- Oyunum haqqında müsbət fikirlər eşitmək xoşdur (gülür). Təbii ki, hər bir futbolçu daha yüksək səviyyəli klubda, çempionatda oynamaq, yaxşı pullar qazanmaq istəyir. Bunu danmaq olmaz. Lakin hazırda "Şamaxı" ilə müqaviləm var və burada xoşbəxtəm.

- Ayxan Abbasovun "Şamaxı" ilə yanaşı, milli komandada da çalışması sizə mənfi təsir etmir?

- Hələ Azərbaycana gəlməmişdən öncə Ayxan Abbasov barəsində müsbət fikirlər eşitmişdim. Menecerim demişdi ki, bu məşqçi sənin inkişafında rol oynayacaq. Həqiqətən də elədir. Onun milliyə gedişi bizim üçün ancaq müsbət məqamdır. Bu, onun üçün yaxşı təcrübədir. Çünki millidə ölkənin ən yaxşı futbolçuları ilə çalışır. O təcrübə bizə də yaxşı təsir göstərir.

- Bayaq "Qarabağ"ın ÇL-də çıxış etdiyini xatırlatdınız. Maraqlıdır, portuqaliyalı olduğunuzu nəzərə alsaq, "Benfika" - "Qarabağ" matçında kimə azarkeşlik edirdiniz?

- Açığı, gözəl futboldan zövq almağa çalışırdım. Heç bir komandanı dəstəkləmirdim. "Qarabağ"ın "Benfika"nı məğlub etməsi təəccüblüdür. Lakin mənim üçün sevindiricidir. Çünki bu ölkədə oynayıramsa, Azərbaycan klubunun uğuruna sevinməliyəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Oxşar xəbərlər