top
Dioqo Balau: Kəpəzlə oyunda bu cür nəticəni gözləmirdik, Qarabağla oyun çətin olacaq Idman.biz
23 oktyabr 2025, 12:02
- ↺ +

Dioqo Balau: "Kəpəz"lə oyunda bu cür nəticəni gözləmirdik, "Qarabağ"la oyun çətin olacaq"

"Bizim üçün çox çətin oyun olacaq, bunu bilirik. Çünki biz daha çox investisiya qoyulan və UEFA Çempionlar Liqasında çıxış edən güclü bir komandaya qarşı oynayacağıq".

Bunu "Şamaxı"nın portuqaliyalı yarımmüdafiəçisi Dioqo Balau futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– 8-ci turda öz meydanınızda "Kəpəz"ə 1:4 hesabı ilə uduzdunuz. Böyükhesablı məğlubiyyət sizin üçün gözlənilməz olmadı? Sonuncu pillədə qərarlaşan "Kəpəz"ə məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Bu, ağır məğlubiyyət idi. Əlbəttə ki, bu cür nəticəni gözləmirdik. "Kəpəz"lə oyuna qədər son matçlarda yaxşı təsir bağışlamışdıq. Düşünürəm ki, bu görüşə düzgün yanaşmadıq və bu, bizə 3 xal itkisi ilə başa gəldi.

– Komanda yoldaşınız Abdullahi Şuaybu qırmızı vərəqə almasaydı, fərqli hesab qeydə alına bilərdimi?

– Bəli, buna heç bir şübhəm yoxdur. Əminəm ki, Şuaybu qırmızı vərəqə almasaydı, biz daha çox qol vura və oyunu qazana bilərdik.

– Növbəti turda sizi ağır sınaq gözləyir. "Qarabağ"la səfər matçında hansı nəticəyə ümid edirsiniz?

– Bizim üçün çox çətin oyun olacaq, bunu bilirik. Çünki biz daha çox investisiya qoyulan və UEFA Çempionlar Liqasında çıxış edən güclü bir komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, motivasiyalı və diqqətliyik, düzgün düşüncə tərzinə sahibik. Meydanda 11 nəfər 11 nəfərə qarşı oynayır – nə baş verəcəyini görəcəyik.

– "Şamaxı" hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komandanın gücü, hazırkı heyət daha yuxarı pillədə qərarlaşmağa imkan verir?

– Bəli, imkan verir, biz hazırıq! Təbii ki, daha yaxşı oynaya bilərik və iki vacib futbolçumuz zədədən qayıtdıqda daha da güclənəcəyik.

– Qısa zamanda "Şamaxı" azarkeşlərinin ən çox ümid bəslədiyi oyunçulardan birinə çevrilməyi bacarmısınız. Öz performansınızdan tam razısınız?

– Buna görə şadam, amma hələ görüləsi çox iş var. Daha çox qol vurmaq, daha çox assist vermək, komandaya qələbələr qazanmaqda kömək etmək istəyirəm. Bütün bunlar daha tez-tez yaşandıqca, bəlkə, onda özümdən razı qala bilərəm.

– Braziliya və Portuqaliyadan olan legionerlərin Azərbaycan çempionatına uyğunlaşması daha qısa çəkir və onların əksəriyyəti özünü burada yaxşı tərəfdən göstərməyi bacarır. Bunu nə ilə izah edərdiniz?

– Məncə, bu, oyunçuların fərdi keyfiyyəti ilə bağlıdır və eyni zamanda uğura olan aclığımızla əlaqədardır. Portuqaliyalı və braziliyalı futbolçular həyatdakı vəziyyətlərə tez uyğunlaşmağa meyllidirlər – bu, futbolda da belə olur. Keyfiyyət və zəhmətin birləşməsi həmişə öz nəticəsini verir. Təbii ki, bəzi oyunçulara daha çox vaxt lazımdır. Amma onlara həmin zamanı versəniz, azarkeşlər gec-tez oyunlarından zövq alacaqlar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Oxşar xəbərlər