top
Dino Ndolovu: “Qarabağ”a qayıtmaq istəyim heç kimə sirr deyil - MÜSAHİBƏ İdman.biz
04 dekabr 2024, 18:14
- ↺ +

Dino Ndolovu: “Qarabağ”a qayıtmaq istəyim heç kimə sirr deyil" - MÜSAHİBƏ

"Qarabağ"ın sabiq forvardı Dino Ndolovu apasport.az saytına müsahibəsi

- "Qarabağ" Avropa Liqasının 5-ci turunda "Lion"a 1:4 hesabı ilə uduzub. Nəticə sizin üçün gözlənilməz oldu?
- Düzünü desəm, oyunu tam izləmədim. Bilirsiz, "Lion" Fransada və dünyada böyük klubdur. Onlar illərdir ki, avrokuboklarda oynayırlar, təcrübələri çoxdur. "Qarabağ" hələ də Avropa Liqasında öz tarixlərini yaradırlar. Ona görə də uduzacaqları gözlənilirdi. Bu da normal haldır. "Qarabağ" "Lion"a qarşı layiqli futbol oynadı. Hər şey zamanla olur. "Qarabağ" da bunu edir, çox da yaxşı bacarır.

- "Qarabağ" bu mövsüm böyük klublara - "Tottenhem", "Ayaks" və "Lion"a uduzub. Amma "Qarabağ" hər üç komandaya qarşı layiqli oynadı, çoxlu qol epizodları yaradırdı. Amma alınmırdı. Səviyyə fərqi özünü göstərirdi?
- Bəli, təbii ki, fərq səviyyədədir və oyunçular arasında fərq böyükdür. Lakin mən fəxr edirəm ki, "Qarabağ" oyunçuları bu cür oyunçularla mübarizədən, onlarla meydana çıxmaqdan, onlarla mübarizə aparmaqdan qorxmadan əla mübarizə aparırlar. Bu çox əladır. "Qarabağ" bütün görüşlərdə cəsarətlə oynayır.

- "Qarabağ"ın Avropa Liqasında 3 oyunu qalıb. "Qarabağ" hazırda Avropa Liqasında 32-ci pillədədir. Bu nəticəni necə dəyərləndirirsiz?
- Təbii ki, bu, yaxşı nəticə deyil. Amma ədalətli və dürüst olaq. "Qarabağ"ı qarşıda 3 güclü rəqiblə, 3 çətin oyun gözləyir. Ona görə də, onlar özlərini bu mövqedə tapıblar və bəli, onlardan daha yaxşısını gözləyirəm. İnanıram ki, hər şey "Qarabağ" üçün yaxşı alınacaq və onlar istədiyi nəticəni qazanacaq.

- Hazırda klubsuzsunuz. Azərbaycana qayıtmaq istəyirsiz və bu yöndə iş gedir, təklif var?
- Bəli, indi klubsuzam. Sirr deyil ki, mən "Qarabağ"a qayıtmaq istəyirəm. Əvvəl də deyirdim, indi də bunu deyirəm. Ümid edirəm ki, bu, tezliklə baş verəcək və "Qarabağ"a qayıdacam.

- "Qarabağ"ın qarşıdakı rəqibləri "Elfsborq", "Olimpiakos" və FKSB klublarıdır. "Qarabağ" hər üç komandanı məğlub edə bilər?
- "Qarabağ"a həmişə inanmışam. İndi də inanıram ki, onlar taleyini dəyişəcək və layiqli nəticələr əldə edəcəklər. "Olimpiakos", FKSB və "Elfsborq" yaxşı komandalardır. "Qarabağ"ın bu matçlarda uğurlu nəticəsinə inanıram.

- Sizcə, "Qarabağ" indi daha güclüdür, yoxsa sən burada oynayanda daha güclü idi?
- Düzünü desəm, əvvəlki və indiki heyətləri müqayisə etmək ədalətsizlik olardı. Çünki biz hamımız fərqliyik və Avropa Liqasının, Çempionlar Liqasının müxtəlif vaxtlarında və fərqli formatlarında oynamışıq. Buna görə də, inanıram ki, əvvəllər sahib olduğumuz "Qarabağ" unikal və heyrətamiz idi. Biz birlikdə çox şeyə nail olduq. Bununla yanaşı, hazırkı futbolçular da uğurlu çıxış edirlər və "Qarabağ"ı Avropa Liqasının son 1/16 final mərhələsinə çıxarmışdılar. Bu da əla nəticədir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 09:22

Üçüncü tur: Murov Az Terminal – Neftçi arasındakı qarşılaşma

Futbol
Bu gün, 09:20

Useyn Bolt, Ronaldo'ya Sosial Mediada Təşəkkür Etdi

Basketbol
Bu gün, 09:17

Ordu və Sabah altıncı turda qarşı-qarşıya gələcək

Voleybol
Bu gün, 09:07

Qadın voleybolu Super Liqası yeni mövsümə başlayır, birinci turun iki oyunu

Futbol
Bu gün, 09:03

Bu gün Avropanın beş aparıcı liqasında və Türkiyə Superliqasında keçiriləcək altı oyun

Futbol
Bu gün, 09:00

Neftçi Kəpəz ilə I dövrənin sürpriz komandası qarşılaşır

Futbol
Bu gün, 08:40

Qalatasaray, Batrakovun maaşını 1 milyon avroya qədər artıracaq

Qarabağ FK
Bu gün, 08:20

Qarabağ Azersun Arena’da Turan Tovuz ilə üz-üzə gəlir

Futbol
Bu gün, 08:10

Argentina millisinin 10 nömrəli formasını hələlik heç kimə verməmək qərarı alındı

Futbol
Bu gün, 08:00

Polis Amar Dediçi və yoldaşını silahlarla saxladı

Futbol
Bu gün, 07:14

Qallas William Salibanın Real Madriddə keçə biləcəyini açıqladı

Futbol
Bu gün, 06:13

Albiol: Mourinyonun məşqçilik yanaşması dəyişib, artıq əvvəlki kimi deyil

Futbol
Bu gün, 05:14

Bellinqem 16 yaşlı istedadlı Cey Cey Gabrielı Real Madridə gətirir

Futbol
Bu gün, 04:10

Lester klubunun titul sponsorunun pornoaktrisa ilə əməkdaşlığına azarkeşlər etiraz edir

Futbol
Bu gün, 03:12

Portuqaliya prezidentindən Cristiano Ronaldoya veda mesajı: 'Xalqımız sənin yanındadır'

Futbol
Bu gün, 02:39

PSJ qış transfer pəncərəsində Galatasarayın rus futbolçusu Aleksey Batrakovu cəlb edə bilər

Futbol
Bu gün, 01:43

Ramos Ronaldunun Portuqaliya milli komandadan istefa etdiyi xəbərə təəccübləndi, Silva təşəkkür etdi

Futbol
Bu gün, 01:24

Ruben Amorim Milanın Avropa Liqa məğlubiyyətindən sonra oyunçularını sərt tənqid etdi

Futbol
Bu gün, 01:05

Divock Origi Harvard Biznes Məktəbində təhsil alır

Futbol
Bu gün, 00:45

Murad Musayev “Sabah”ın baş məşqçisi vəzifəsinə qayıda bilər

Futbol
Bu gün, 00:29

“Qəbələ” 2026/2027 mövsümünün yeni üçüncü forması təqdim edildi

Digər
Bu gün, 00:19

Bakıda yanğınsöndürmə və xilasetmə dünya çempionatının qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 00:04

Pol Skoulz "Mançester Yunayted" üçün Gabriel Maqalyans, Deklan Ray, Maykl Olise, Kilian Mbappe və Cud Bellinqemı transfer etməyi məsləhət görüb

Gimnastika
Bu gün, 00:00

Azərbaycan gimnastları Nankindəki Dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandılar

Oxşar xəbərlər