top
Dinamonun prezidenti Yaşar Seyidov: Maliyyə imkanlarımız istəklərimizi reallaşdırmağa imkan vermir Idman.biz
04 sentyabr 2025, 13:57
- ↺ +

"Dinamo"nun prezidenti Yaşar Seyidov: Maliyyə imkanlarımız istəklərimizi reallaşdırmağa imkan vermir

"Komanda həm fiziki, həm də taktiki hazırlıqlar üzərində çalışır. Əsas məqsədimiz çempionatda uğurlu çıxış etməkdir".

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında II Liqada mübarizə aparan "Dinamo"nun prezidenti Yaşar Seyidov deyib.

Klub rəhbəri yeni mövsüm haqda da fikirlərini bölüşüb: "Artıq bir aya yaxındır ki, "Dinamo" yeni mövsümün hazırlıqlarına start verib. Məqsədimiz gənc və perspektivli futbolçularla birlikdə komanda kimi yaxşı iş ortaya qoymaqdır. Heç kimin tanımadığı bu futbolçularla güclü kollektiv formalaşdırıb, çempionatda cəsarətlə oynamağı və müəyyən nəticələr qazanmağı hədəfləmişik. Hər zaman arzumuz olub ki, gənclərlə təcrübəli oyunçuları birləşdirib, komanda şəklində uğur əldə edək. Klub yaranandan bəri əsas məqsədimiz tanınmayan oyunçuları futbola qazandırmaq, ilk növbədə idmanın kütləviliyinə nail olmaq və gələcəkdə imkan olsa, daha yüksək liqaya doğru irəliləməkdir. Amma hər kəs yaxşı bilir ki, bunun üçün maliyyə və şərait də lazımdır. Təəssüf ki, hazırda istəyimizi reallaşdırmaq imkanımız yoxdur".

Komandanın güclənməsi üçün təcrübəli futbolçuların vacibliyini qeyd edən Seyidov əlavə edib: "Yalnız az təcrübəli oyunçularla böyük uğurlara ümid bəsləmək çətindir. Təcrübəli futbolçuların dəvəti üçün isə klubun maliyyə imkanları kifayət etmir. Buna görə də indidən nəsə demək düzgün olmaz. Hər kəsə məlumdur ki, klubun maddi vəziyyəti zəifdir və biz sponsor dəstəyinə ehtiyac duyuruq. Ümid edirik ki, gələcəkdə sponsor tapılacaq və o zaman daha iddialı, əvvəlki "Dinamo" (Bakı) səviyyəsində bir komanda quraraq, Azərbaycan futboluna töhfə verə biləcəyik. Biz vaxtilə Çempionlar Liqası və Avroliqada oyunlar keçirmişik, bunun necə xüsusi hiss olduğunu yaxşı bilirik. Yenidən həmin həyəcanı yaşamaq böyük bir zövq olardı. Uzun illərin futbol təcrübəsinə əsaslanaraq məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan futbolunun Avropada uğur qazanması, gənc və perspektivli oyunçularımızın böyük klublarda oynaması üçün geniş layihələrimiz var. "Atletiko" və "Lans" kimi klublarla böyük əməkdaşlıqlarımız olmuşdu. Əgər vaxtında bu layihələrə dəstək verilsəydi, bu gün milli komandamız həm dünya, həm də Avropa çempionatlarının final mərhələlərində iştirak edə biləcək gücdə olardı. Təəssüf ki, dəstək olmadığından bütün planlarımız yarımçıq qaldı".

Azarkeş məsələsinə də toxunan Seyidov bunları deyib: "Azarkeş bazasını gücləndirmək üçün müəyyən addımlar atırıq. Amma açıq etiraf edim ki, təbliğat və təşviqat çox aşağı səviyyədədir. Bunun üçün ilk növbədə A milli komandamızın uğur qazanması vacibdir. Əgər yığma komandamız yaxşı nəticələr əldə etsə, valideynlərdə və ümumilikdə futbol ictimaiyyətində idmana maraq artar. Biz İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov dövründə olduğu kimi futbol sevgisini yenidən yaratmalıyıq. Çünki uğur olmayanda, nə edirsən et, kütləviliyə nail olmaq mümkün deyil".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Oxşar xəbərlər