Dik Advokat Kurasao millisinin baş məşqçisi postundan ayrılıb. Sport24.az xəbər verir ki. bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, 78 yaşlı mütəxəssis səhhətində ciddi problemlər yaşayan qızına görə işindən ayrılıb. Onu bu postda həmyerlisi Fred Ratten əvəz edəcək.
Qeyd edək ki, Kurasao bu yay tarixində ilk dəfə olaraq dünya çempionatında iştirak edəcək. Ada ölkəsi Almaniya, Kot-d'İvuar və Ekvadorla bir qrupda yer alıb.