top
“Difai”nin baş məşqçisi komandanın texniki məğlubiyyət almasına münasibət bildirib Report.az
27 dekabr 2024, 16:37
- ↺ +

“Difai”nin baş məşqçisi komandanın texniki məğlubiyyət almasına münasibət bildirib

Azərbaycan I Liqasında çıxış edən "Difai" klubunun baş məşqçisi Xaqani Məmmədov XI turda MOİK-lə matçda adı protokolda olmayan futbolçunun meydana çıxmasına görə texniki məğlubiyyətlə cəzalandırılmalarına münasibət bildirib.

Mütəxəssis "Report"a açıqlamasında bu barədə oyundan sonra məlumat əldə etdiyini söyləyib.

O, klubda protokolla məşğul olan şəxsin səhvə yol verdiyini deyib:

"Bunu oyundan sonra bildim. Səhvən belə olub. Klubda protokolla məşğul olan şəxsin səhvidir. Ümid edirəm ki, texniki məğlubiyyət komandanın oyununa təsir etməz. Futbolda belə hallara rast gəlmək mümkündür. Sadəcə, diqqətli olmaq lazımdır".

X.Məmmədov qırmızı vərəqə ilə cəzalandırılan futbolçulardan da danışıb:

"Futbolçumuzun biri birbaşa, digəri ikinci sarıdan sonra qırmızı vərəqə aldı. Hakimlik normal idi, sadəcə, oyunçuların diqqətsizliyinə görə vəziyyət bu həddə çatdı".

O, qış fasiləsində heyətdə dəyişikliklər ediləcəyini nəzərə çatdırıb:

"Komandaya yeni oyunçular qoşulacaq. Bizə uyğun olmayanlarla yolları ayıracağıq. Heyətdə köklü dəyişikliklər planlaşdırmırıq. Komandanın "özəy"ini saxlayacağıq".

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi tərəfindən "Difai"yə XI turun MOİK-lə matçının 90+3-cü dəqiqəsində adı protokolda olmayan futbolçunun meydana buraxılmasına görə 0:3 hesablı texniki məğlubiyyt verilib. Bununla yanaşı, komanda üzvlərindən Seymur Əliyev oyun zamanı birbaşa qırmızı vərəqə aldığı üçün 2, Bəşir Ayralov isə ikinci sarıdan sonra meydandan qovulduğuna görə 1 oyun diskvalifikasiya olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Oxşar xəbərlər