top
Difainin baş məşqçisi Araz Bağırov komandanın I Liqadakı ilk hədəfini açıqlayıb Report.az
24 iyun 2025, 13:24
- ↺ +

"Difai"nin baş məşqçisi Araz Bağırov komandanın I Liqadakı ilk hədəfini açıqlayıb

Azərbaycanın I Liqa təmsilçisi "Difai"nin 2025/2026 mövsümündə əsas hədəfi ilk "5-lik"də yer almaq olacaq.

Bu barədə "Report"a komandanın yeni təyin olunan baş məşqçisi Araz Bağırov bildirib.

43 yaşlı mütəxəssis klubun maliyyə durumunun aşağı olması səbəbindən nisbətən gənc futbolçulara üstünlük verəcəklərini söyləyib:

"Komandanı, demək olar ki, sıfırdan yığırıq. Məqsədimiz yanvara qədər çempionatda ilk "5-lik"də yer almaqdır. Maliyyə durumumuz o qədər də yüksək deyil ki, məsələn, "Şəfa" kimi istədiyimiz oyunçunu transfer edək. Buna baxmayaraq, yaxşı seleksiya aparıb gənc və dinamik futbolçular toplayaraq yanvara qədər ilk "beşliy"ə düşməyə çalışacağıq. Məşqçi kimi konkret hədəfim budur. Daha sonra istiqaməti müəyyənləşdirəcəyik. İlk pillələrdə gedən komandalarla xal fərqimiz az olsa, çempionluğa, ən azı ilk "3-lüy"ə oynaya bilərik".

Baş məşqçi heyətlə bağlı həyata keçiriləcək dəyişikliklərdən danışıb:

"Heyətdə həm yerli, həm də legioner futbolçular olacaq. AFFA-nın legioner limiti ilə bağlı qərarını gözləyirik. Çünki qərar futbolçu sayına təsir edə bilər. İstənilən halda, əcnəbi futbolçu cəlb edəcəyik. Çünki mən gəlməmişdən əvvəl də komandada legionerlər çıxış edib. Əsas məqsəd 2002 və daha yuxarı təvəllüdlü futbolçuları cəlb etməkdir. Maliyyəmiz daha təcrübəli futbolçular dəvət etməyə imkan vermir. Maksimum yaş həddi 23 olacaq".

Qeyd edək ki, "Difai" Azərbaycan I Liqasının 2024/2025 mövsümünü 26 xalla 10 komanda arasında 9-cu pillədə bitirib. Klub ötən gün Araz Bağırovla 3 illik müqavilə imzalayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Dünən, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Dünən, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Oxşar xəbərlər