"Difai" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi İlkin Alıyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, hücumçu karyerası ərzində "Araz-Saatlı" ,"Şəmkir", "Mingəçevir", "Baku Sporting" klublarında çıxış edib.