I Liqada mübarizə aparan "Difai"nin yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, "fədailər"in "sükanı arxası" Xaqani Məmmədovaya həvalə edilib.
Son olaraq "Araz-Naxçıvan"da Elmar Baxşıyevin köməkçisi işləmiş mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Millinin sabiq hücumçusu klubun İdarə Heyətinin iclasından sonra kollektivə təqdim edilib.
"Difai"ni cari mövsümə Elgiz Kərəmli hazırlayıb. "Cəbrayıl"la ilk tur matçından sonra o, vəzifəsindən ayrılıb. Ardınca Adil Mahmudov görəvə gəlib. Üç həftə iş başında dayanan məşqçi şəxsi işləri ilə əlaqədar klubu tərk edib (sportinfo.az).
Komandanı son üç matça Aydın Qasımov hazırlayıb.
İdman.biz