"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandasının 2025/2026 mövsümündəki nəticələri fonunda ona ünvanlanan tənqidlərlə bağlı fikirlərini bölüşüb.
İdman.biz bildirir ki, "Atletiko" İspaniya La Liqasının üç turundan sonra cəmi iki xal qazanıb və 17-ci yerdədir.
"Mənə qarşı tənqidlər? Bu mərhələdə heç nə oxumuram. Tənqid indi ədalətlidir. Mənim vəzifəm komandanı təkmilləşdirməkdir. Tənqid futbola aiddirsə, onu başa düşürəm və bəzən onunla razılaşıram", - Simeone deyib.
Yay transfer pəncərəsində "Atletiko" Transfermarkt internet portalının verdiyi məlumata görə, 176 milyon avro dəyərində bir sıra transferlər edib.
İdman.biz