"Roma"nın baş məşqçisi Can Pyero Qasperini Paulo Dibala və Leon Beylinin zədə səbəbindən millilərin oktyabrda keçiriləcək oyunlarına qədər meydana çıxmayacaqlarını təsdiqləyib. Sport24.az xəbər verir ki, o, bu barədə "Football Italiaya açıqlama verib:
"Biz onları oktyabrdakı fasilədən sonra görəcəyik. Ondan əvvəl hər iki futbolçunun yaşıl meydana dönəcəyi inandırıcı görünmür".
Qeyd edək ki, Dibala sentyabrın əvvəlində "Torino" ilə oyunda sıradan çıxıb. Beyli isə yayda "Aston Villa"dan transfer olunandan bəri meydana çıxmayıb.