"Liverpul"un vingeri Luis Diaz Səudiyyə Ərəbistanı klublarından təkliflər alsa da, onları rədd edib. Sport24.az xəbər verir ki, 28 yaşlı kolumbiyalının vəziyyətini diqqətlə izləyən "Barselona"nın da konkret olaraq futbolçudan xəbər gözlədiyi bildirilir.
Onun "Liverpul" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir və potensial transfer qarşıdan gələn yay transfer pəncərəsində baş verə bilər.
Bu mövsüm Diaz 35 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun bazar dəyəri "Transfermarkt" tərəfindən 85 milyon avro olaraq qiymətləndirilir.