Məşhur serbiyalı veteran futbolçu Deyan Stankoviçin oğlu Aleksandr İtaliyanın "İnter" klubundan "Brügge"yə (Belçika) transfer olunub.
"Report" xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçisi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun keçidi belçikalılara 9,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, A.Stankoviç ötən mövsüm icarə əsasında oynadığı İsveçrənin "Lütsern" komandasında meydana çıxdığı 40 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.