"Mançester Yunayted"in əfsanəsi Pol Skoulz Devid Bekhemin bu dəfə kluba həmsahib kimi qayıtması ilə bağlı fikirləri dəstəkləyib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "Daily Mirror" qəzetinə açıqlama verib.
Skoulzun sözlərinə görə, Bekhem Mançester klubunu almaq istəyən konsorsiumun siması qismində çıxış edə bilər.
Bununla yanaşı, "qırmızı şeytanlar"ın daha bir veteranı Niki Batt mümkün maliyyə məsələsinə diqqət çəkib. O qeyd edib ki, Qleyzerlər ailəsi klubu təxminən 8 milyard funt-sterlinq dəyərində qiymətləndirir. Bu rəqəm şişirdilmiş ola bilər, xüsusən də "Mançester Yunayted"in gələn mövsüm Çempionlar Liqasından kənarda qalma riski nəzərə alındıqda.