Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında İsraillə heç-heçə etdikləri görüşü şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla başa çatan oyunla bağlı bunları deyib:
"Kompakt oynayan komandaya qol vura bilmədik. Hücumlar edib, şanslar yaratsaq da, effektivlik çatmırdı. İkinci hissədə daha yaxşı oynadıq.
İsrailin vaxtı aparması? Onlar özlərinə lazım olanı etdilər. Müdafiədə kompakt oynadılar və vaxt qazanmağa çalışdılar. Bəlkə də, heç təmiz bir saat oyun vaxtı olmadı. Hesabı açsaydıq, hər şey fərqli olardı".