"Qalatasaray"ın futbolçusu Derrik Köhn Almaniyaya qayıtmağa yaxındır. Sport24.az xəbər verir ki, "Verder" 26 yaşlı futbolçunu transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bundesliqa təmsilçisi Köhn üçün İstanbul klubuna 5 milyon avro təklif edib. Almaniyalı sol cinah müdafiəçisinin "Verder"ə keçidinin qısa zamanda tamamlanaacağı bildirilir.
Qeyd edək ki, "Qalatasaray" Derrik Köhnü 2024-cü ilin fevral ayında "Hannover"dən transfer edib. Futbolçu ötən mövsüm icarə əsasında "Verder"in formasını geyinib.