top
Deputatdan Kəpəz rəhbərliyinə sərt ittihamlar Sport24.az
23 fevral 2026, 13:00
- ↺ +

Deputatdan "Kəpəz" rəhbərliyinə sərt ittihamlar

Milli Məclisin Gəncədən seçilmiş deputatı Müşfiq Cəfərov "Kəpəz"in hazırkı durumu ilə bağlı yazı paylaşıb. Sport24.az xəbər verir ki, Cəfərov klubun hazırkı rəhbərliyinə ittihamlar səsləndirib:

 

"Kəpəz" Peşəkar Futbol Klubunun inkişafı üçün Gəncədə dövlətimiz və dövlət başçımız tərəfindən həyata keçirilən, demək olar ki, bütün infrastruktur layihələri yekunlaşıb. Bir tək əsas stadionun ot örtüyü qalıb ki, o da yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarını doğma şəhərində keçirəcək. Bu, işin bir tərəfi!

 

Gəldik "Kəpəz"in sponsor məsələsinə. 1 il öncə klubun İdarə Heyəti olaraq sponsor axtarışında idik. Adil Vəliyev adlı şəxsdən təklif gəldi. Düzü, tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilib DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Əhmədzadənin o zaman "Mingəçevir" Futbol Klubunu himayəçiliyinə götürmək niyyəti var idi. Vəliyevlə "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. İdarə Heyətinin hər bir üzvünü inandırdı ki, klub üçün hər şey daha yaxşı olacaq. Bizim istəyimiz isə o idi ki, nə olursa olsun, bir tək "Kəpəz" irəli getsin. Futbolda sponsor yoxdursa, klubun liqada qalma şansı belə azdır. Nəzərə alsaq ki, Gəncə şəhər stadionunda "Kəpəz" üçün dövlət elə bir şərait yaradıb ki, açığı, heç ölkənin aparıcı klubu olan "Qarabağ"da bu şərait yoxdur.

 

Necə deyərlər, biz "hə" dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Namiq müəllim ilk gündən xoş təəssürat yaratdığından onun kluba daha çox kömək edə biləcəyinə inandıq. Amma Qədirovun "Kəpəz"də qalması çox çəkmədi. Vəliyevin ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq müəllimi plan qurub klubdan uzaqlaşdırdılar.

 

Bununla bitmədi. Kluba ən çətin günlərində dəstək olmuş, heç vaxt "Kəpəz"i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi. İllərlə Gəncə təmsilçisinə xidmət edənlər bir-bir yola salındı. Klub idarəçilikdən zəiflədildi. Son nəticədə Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı.

 

Hazırda onun özü də "Kəpəz"dən çox-çox kənardadır, kluba diqqət, maliyyə ayırmır, özünün ən etbarlı silahdaşı "Agrosport"un rəhbəri Fərman Əlizadə ötən mövsümdə klubla əməkdaşlıqda 3 meydançanın xidmət ödənişini 12 000 manata etdiyi halda necə olur ki, indi 2 meydançanın xidməti 24 000 min manat olur? Buradan belə nəticə formalaşır: Erkin İbrahimov – Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər. Buna da idarəçilik demək mümkündürsə...

 

Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz "Kəpəz" mətbuatın, ictimaiyyətin müzakirə mövzusudur..."

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Oxşar xəbərlər