"Monako"nun kapitanı Denis Zakaria "Barselona"nın hücumçusu Lamin Yamalı dünyanın ən yaxşı futbolçusu hesab edir.
İdman.Biz xəbər verir ki, isveçrəli yarımmüdafiəçi bu barədə "Zack en Roue Libre" verilişində danışıb.
"İspaniya millisinə qarşı oynamaq həmişə kabusdur. Onlar topu sizə vermirlər və daim qaçmağa məcbur edirlər. Belə komandaya Lamin Yamal kimi futbolçular əlavə olunanda vəziyyət daha da çətinləşir. O, dünyanın ən yaxşı futbolçusudur", - deyə Zakaria bildirib.
29 yaşlı futbolçu "Real Madrid"in hücumçusu Kilian Mbappenin də yüksək səviyyəsini etiraf etsə də, oyununu izləməkdən ən çox zövq aldığı futbolçular sırasında onun adını çəkməyib.
"Mbappe müstəsna futbolçudur və dünyanın ən yaxşıları arasındadır. Amma oyununa baxanda məni heyrətləndirən iki futbolçunun adını çəkməli olsam, Maykl Olise və Lamin Yamalı seçərdim. Onları izləyəndə futboldan xüsusi zövq alıram. Onlar oyuna əlavə gözəllik qatırlar", - deyə yarımmüdafiəçi qeyd edib.
Zakaria PSJ-nin hücumçusu Usman Dembeleni də yüksək qiymətləndirib:
"Dembele də müstəsna futbolçudur. Onun ötən mövsümü inanılmaz idi. O, "Qızıl top"a yüz faiz layiqdir".