top
De Blekerdən “Qarabağ”ın penaltisinə münasibət: “Bu, səhv qərardır” İdman.biz
28 oktyabr 2024, 17:52
- +

De Blekerdən “Qarabağ”ın penaltisinə münasibət: “Bu, səhv qərardır”

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turundakı oyunlarda mübahisəli epizodlara aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında həmin vəziyyətləri şərh edib.

O, "Turan Tovuz" – "Kəpəz" matçının 13-cü dəqiqəsində yaşananları belə izah edib: "Cərimə meydançasının daxilində "Turan Tovuz"un 25 nömrəli oyunçusu (Denis Marandiçi) və "Kəpəz"in 70 nömrəli futbolçusu (Nicat Süleymanov) arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim "Turan Tovuz"un oyunçusunun sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi. Hər kontakt qayda pozuntusu deyildir… Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR mudaxiləsi edilmir. 15-ci dəqiqədə "Turan Tovuz"un 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi. 56-cı dəqiqədə "Turan Tovuz"un 9 nömrəli oyunçusu (kapitan Kristian da Silva) top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusu etdi. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki "Turan Tovuz"un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaq qərarını düzgün qəbul etdi. Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manerada olmalıdır ("Turan Tovuz" komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı)".

Komitə rəhbəri "Qarabağ" – "Şamaxı" matçına da toxunub: "48-ci dəqiqədə hakim "Qarabağ"ın lehinə penalti qərarını verir. VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi".

Qeyd edək ki, "Turan Tovuz" "Kəpəz"i 2:1, "Qarabağ" "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Dünən, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
Dünən, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
Dünən, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
Dünən, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
Dünən, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Futbol
Dünən, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
Dünən, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
Dünən, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
Dünən, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Basketbol
Dünən, 14:10

“Sumqayıt” basketbol klubunun yeni məşqçi heyəti açıqlanıb

Qarabağ FK
Dünən, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Dünən, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Minifutbol
Dünən, 09:36

AFFA futzal üzrə seçki məşqlərini 24‑26 sentyabr tarixlərində “Olimpik Star” idman kompleksində keçirəcək

Futbol
Dünən, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
21 sentyabr 2026, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
21 sentyabr 2026, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Futbol
21 sentyabr 2026, 20:27

“Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı 20:00, oktyabrın 3-də müəyyən edildi

Voleybol
21 sentyabr 2026, 19:58

U-18 çimərlik voleybol komandaları Avropa çempionatında iştirak etdi

Futbol
21 sentyabr 2026, 18:29

İspaniya milli futbol komandası baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadıldı

Futbol
21 sentyabr 2026, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
21 sentyabr 2026, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
21 sentyabr 2026, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
21 sentyabr 2026, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
21 sentyabr 2026, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Oxşar xəbərlər