top
De Bleker bu dəfə təəccübləndirdi - Penalti qərarı yanlışdır Sport24.az
28 oktyabr 2024, 18:12
- ↺ +

De Bleker bu dəfə təəccübləndirdi - "Penalti qərarı yanlışdır"

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turundakı oyunlarda baş vermiş mübahisəli epizodlarla bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, qurum rəsmisi "Qarabağ" - "Şamaxı" matçında (3:0) qeydə alınan penaltinin doğru qərar olmadığını söyləyib:

 

"Turan Tovuz" – "Kəpəz"

 

13-cü dəqiqə: 

 

Cərimə meydançasının daxilində "Turan Tovuz"un 25 nömrəli oyunçusu (Denis Marandiçi) və "Kəpəz"in 70 nömrəli futbolçusu (Nicat Süleymanov) arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim "Turan Tovuz"un oyunçusunun sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi.

 

Hər kontakt qayda pozuntusu deyildir…

 

Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik.

 

Bu vəziyyətdə VAR mudaxiləsi edilmir.

 

15-ci dəqiqə: 

 

"Turan Tovuz" komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi.

 

VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. 
VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi.

 

56-cı dəqiqə: 

 

"Turan Tovuz" komandasının 9 nömrəli oyunçusu (kapitan Kristian da Silva) top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusu etdi.

 

Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki "Turan Tovuz"un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaq qərarını düzgün qəbul etdi.
Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manerada olmalıdır ("Turan Tovuz" komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı).

 

Qarabağ - Şamaxı

 

48-ci dəqiqə:

 

Hakim "Qarabağ" komandasının lehinə penalti qərarını verir.

 

VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. 

 

Bu, səhv qərardır. 

 

Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Oxşar xəbərlər