DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.
İdman.biz xəbər verir ki, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.
Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.
Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı matçlarına ev sahibi olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.
İdman.biz