DÇ-2030-un açılış və final oyununu qəbul etməyə namizəd stadionlar bəlli olub.
İdman.biz xəbər verir ki, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.
Mundialın iki ən əhəmiyyətli matçına üç arena iddia edir. Bu görüşlər Madriddəki "Santyaqo Bernabeu", Barselonadakı "Kamp Nou" və ya Kasablankadakı Kral II Həsən stadionlarından birində baş tutacaq. Ümumilikdə isə çempionatın matçları 20 şəhərin 24 arenasında keçiriləcək.
Qeyd edək ki, dünya çempionatlarının 100 illiyinə təsadüf edəcək mundial 6 ölkədə keçiriləcək. İspaniya, Portuqaliya və Mərakeş ilə yanaşı, Cənubi Amerika ölkələri Argentina, Uruqvay və Paraqvay da DÇ-2030-a ev sahibi olacaq. Amma sonuncu üç ölkənin hərəsi bir matç qəbul edəcək.
İdman.biz