DÇ-2026-nın seçmə mərhələsinin dördüncü turu çərçivəsində Ukrayna - Azərbaycan qarşılaşmasının ikinci hissəsi start götürüb.
İdman.Biz bildirir ki, ilk yarından sonra matçda hesab bərabərdir - 1:1.
23:37
DÇ-2026-nın seçmə mərhələsinin dördüncü turu çərçivəsində Ukrayna - Azərbaycan qarşılaşmasının ilk hissəsi bitib.
İdman.Biz bildirir ki, oyunda hesab bərabərdir - 1:1.
23:35
Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.
İdman.Biz-in məlumatına görə, bərabərlik topunu 45+3-cü dəqiqədə Nəriman Axundzadə vurub.
23:17
Ukrayna - Azərbaycan oyununda hesab açılıb.
İdman.Biz bildirir ki, 30-cu dəqiqədə meydan sahiblərinin oyunçusu Qutsulyak fərqlənib - 1:0
22:46
DÇ-2026-nın seçmə mərhələsinin dördüncü turu çərçivəsində Ukrayna - Azərbaycan qarşılaşması start götürüb.
İdman.Biz bildirir ki, Polşanın Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda keçirilən oyunu avstriyalı hakim Sebastyan Qishamer idarə edir.
21:27
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin dördüncü turu çərçivəsində səfərdə Ukraynanın qonağıdır.
İdman.Biz xəbər verir ki, komandalar saat 22:45-də Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda başlayacaq qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Ayxan Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov, 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə
Baş məşqçi: Ayxan Abbasov
Ukrayna: 1 Trubin, 13 Zabarnıy, 22 Matvienko, 2 Konoplya, 16 Mikolenko, 9 Qutsulyak, 8 Malinovski, 18 Yarmolyuk, 15 Oçeredko, 19 Voloşin, 11 Dovbik
Baş məşqçi: Sergey Rebrov
09:13
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində D qrupunun növbəti oyununu bu gün keçirəcək.
İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Görüşü avstriyalı Sebastyan Qishamer idarə edəcək.
Qeyd edək ki, Fransa D qrupunda doqquz xalla liderdir. Ukrayna dörd xalla ikinci, İslandiya üç xalla üçüncü, Azərbaycan millisi isə bir xalla dördüncü pillədə qərarlaşıb.