Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi üçün şansları açıqlanıb. Sport24.az-ın məlumatına görə, "Football Meets Data" D qrupu üçün proqnozlarını yayımlayıb.
Yığmamızın qrupda dördüncü yeri tutmaq ehtimalı 82 faiz olaraq göstərilib.
Komandanın üçüncü olmaq şansı 17 faizdir. Millinin ikinci yerdə qərarlaşmaq ehtimalı 1 faizdirsə, liderlik mümkünsüzdür.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu sentyabrın 5-də səfərdə İslandiyaya qarşı keçirəcək. Qrupda ilk yeri tutan kollektiv birbaşa final mərhələsinə vəsiqə əldə edəcək. İkinci yer isə pley-off oynayacaq.