İdman.Biz xəbər veriri ki, Azərbaycan millisi fransızların qapısına yol tapır. Oyunun 4-cü dəqiqəsində Renat Dadaşov hesabı açdı: 1:0
20:55
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda üz-üzə gələn Azərbaycan və Fransa millilərinin oyunu başladı.
20:26
DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri bəlli olub.
İdman.Biz xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov (k), Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev.
Fransa: Luka Şevalye, Malo Qyusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Manes Akliuş, İbrahima Konate (k), Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes