top
DÇ-2026-nın püşkatma mərasimi: Yeni format, prosedurlar və gözləntilər Idman.biz
05 dekabr 2025, 11:18
- ↺ +

DÇ-2026-nın püşkatma mərasimi: Yeni format, prosedurlar və gözləntilər

Dekabrın 5-də, cümə günü, Vaşinqtonda Con F. Kennedi adına İcraedici İncəsənətlər Mərkəzində 2026-cı il futbol üzrə dünya çempionatının final püşkü atılacaq.

İdman.Biz-in məlumatına görə, püşkatma tarixdə ilk dəfə rekord sayda - 48 yığmanı qruplar üzrə böləcək və ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi ən böyük mundiala doğru gerisayımı faktiki olaraq başlatmış olacaq. Püşkatma mərasiminin başlanması Bakı vaxtı ilə 21:00-a planlaşdırılıb.

Əvvəlki dünya çempionatlarının püşklərindən fərqli əsas məqam - yeni miqyas və strukturun tətbiqidir: səkkiz qrup əvəzinə 12 qrup (A–L) olacaq və hərəsində dörd komanda mübarizə aparacaq. Üstəlik, mərasim zamanı bütün iştirakçılar müəyyənləşməyib: dördüncü səbətə əvvəlcədən Avropa pley-offunun dörd qalibi və qitələrarası pley-offun iki qalibi daxil edilib, bunlar isə sonradan bəlli olacaq.

Prosedurda da bir neçə ciddi "düzəliş" edilib. Komandalar FIFA reytinqinə əsasən (19 noyabr 2025-ci il buraxılışı) hərəsində 12 yığma olmaqla dörd səbətə bölünüb. Ev sahibləri avtomatik olaraq 1-ci səbətə yerləşdirilib və qruplardakı yerləri əvvəlcədən müəyyən olunub: Meksika – A1, Kanada – B1, ABŞ – D1. Daha sonra püşkatma 1, 2, 3 və 4-cü səbətlər üzrə davam edəcək, 2–4-cü səbətlər üzrə komandaların qruplardakı yerləri isə əvvəlcədən müəyyən edilmiş paylanma şablonuna uyğun təyin ediləcək.

Daha bir yenilik - güclü yığmaların pley-off şəbəkəsinin iki yarısına sərt şəkildə "ayrılmasıdır": prosedur sənədlərində qeyd olunub ki, reytinqin birinci və ikinci yığmaları (İspaniya və Argentina), həmçinin üçüncü və dördüncü sıradakı komandalar (Fransa və İngiltərə) püşkatma zamanı yarımfinala gedən fərqli yollara yönləndiriləcək, beləliklə, onların turnirin son mərhələlərinə qədər qarşılaşmaması təmin ediləcək.

Konfederasiyalar üzrə məhdudiyyətlər prinsipial olaraq qüvvədə qalır, lakin 48 komanda səbəbindən daha önəmli olur: adi qaydada bir qrupda eyni konfederasiyadan yalnız bir komanda ola bilər, istisna – UEFA-dır (Avropanın 16 yerlik kvotası səbəbindən qrupda iki Avropa yığması ola bilər). Dördüncü səbətdəki pley-off iştirakçıları üçün də gələcək qaliblərin potensial konfederasiyaları nəzərə alınmaqla məhdudiyyətlər tətbiq edilir.

Azarkeşlər və təşkilatçılar üçün mühüm nüans: püşkatma yalnız qrup mərhələsinin rəqiblərini müəyyən edəcək. Oyunların stadionlar üzrə bölünməsi və matçların dəqiq başlama vaxtları isə dekabrın 6-da yenilənmiş təqvimlə ayrıca təsdiqlənəcək.

2026-cı il dünya çempionatının püşk səbətləri

1-ci səbət

Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya

2-ci səbət

Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya

3-cü səbət

Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası

4-cü səbət

İordaniya, Kaboverde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya

Avropa pley-offunun A yolunun qalibi (Bosniya və Herseqovina, İtaliya, Şimali İrlandiya və ya Uels)

Avropa pley-offunun B yolunun qalibi (Albaniya, Polşa, İsveç və ya Ukrayna)

Avropa pley-offunun C yolunun qalibi (Kosovo, Rumıniya, Slovakiya və ya Türkiyə)

Avropa pley-offunun D yolunun qalibi (Çexiya, Danimarka, Şimali Makedoniya və ya İrlandiya)

Qitələrarası pley-off turniri 1-in qalibi (Kongo Demokratik Respublikası, Yamayka və ya Yeni Kaledoniya)

Qitələrarası pley-off turniri 2-nin qalibi (Boliviya, İraq və ya Surinam)

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Bu gün, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Bu gün, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Bu gün, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Bu gün, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Bu gün, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Bu gün, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Bu gün, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Bu gün, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Bu gün, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Oxşar xəbərlər