Azərbaycan - İslandiya matçında hesab açılıb.
İdman.Biz bildirir ki, Qidmundsson 20-ci dəqiqədə meydan sahiblərini mərkəzə dəvət edib.
21:00
DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan - İslandiya matçı start götürüb.
İdman.Biz bildirir ki, qarşılaşmanı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edir.
19:57
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində Bakıda İslandiya yığmasını qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 21:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:
Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 8. Emin Mahmudov, 20. Abdulah Xaybulayev, 3. Rüfət Abbasov, 7. Toral Bayramov, 19. Xəyal Əliyev, 10. Nəriman Axundzadə
Baş məşqçi: Ayxan Abbasov
İslandiya: 1. Elias Rafn Olafsson, 14. Mikael Egill Ellertsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Plasson, 9. Hakon Arnar Haraldsson, 8. İsak Berqmann Yohannesson, 7. Yohan Qudmunsson, 20. Kristian Hlinsson, 10. Albert Qudmunsson, 22. Andri Qudyonsen
Baş məşqçi: Arnar Qunnlauqsson
09:09
Bu gün Azərbaycan milli komandası 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin V turunun D qrupu çərçivəsində növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.
8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.