top
DÇ-2026 finalı: İspaniya və Argentina arasında əlavə vaxt Idman.biz
20 iyul 2026, 01:21
- +

DÇ-2026 finalı: İspaniya və Argentina arasında əlavə vaxt

DÇ-2026-nın final oyununda əsas vaxt başa çatdı. Oyunda hesab açılmadı. Qarşılaşmada əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, oyunun uzatma dəqiqələrində - 90+3-də Argentinanın heyətindən Enzo Fernandes ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub.

00:18

2026-cı il dünya çempionatının final oyununda ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab açılmayıb. İspaniya və Argentina millilərinin qarşılaşmasında birinci hissə Avropa təmsilçisinin açıq üstünlüyü şəraitində keçib.

23:57

DÇ-2026-nın finalında İspaniya millisi ilə qarşılaşan Argentina yığması matçın ilk hissəsində hücumda olduqca zəif təsir bağışladı.

İdman.Biz xəbər verir ki, İspaniyanın yüksək təzyiqi və topa nəzarəti qarşısında çətinlik çəkən Argentina fasiləyədək rəqib qapısına bir dəfə də zərbə vura bilməyib. Komandanın gözlənilən qol göstəricisi - xG-si 0,00 olub.

Son dünya çempionu ilk 45 dəqiqə ərzində İspaniyanın ön xətdə qurduğu təzyiqdən çıxmaqda çətinlik çəkib. Argentina hücum qurmaq imkanlarını itirərək əsasən öz meydanında müdafiə olunmağa məcbur qalıb.

Skaloninin yetirmələri İspaniyanın cərimə meydançasında topla görüşə bilməyib, künc zərbəsi qazanmayıb və dəqiq ötürmə həyata keçirməyib. İspaniya isə topa daha çox sahib olaraq rəqibindən təxminən iki dəfə çox ötürmə verib. Buna baxmayaraq, finalın ilk hissəsində hesab açılmayıb - 0:0.

İspaniyanın üstün oyunu və Argentinanın hücumdakı fəaliyyətsizliyi dünya çempionatları tarixində final matçlarında qeydə alınan ən birtərəfli ilk hissələrdən biri kimi diqqət çəkib.

22:57

DÇ-2026-nın 104-cü oyunu olan İspaniya - Argentina final qarşılaşması başladı.

21:18

İspaniya və Argentina milli komandalarının futbol üzrə DÇ-2026-nın final oyunu üçün start heyətləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, İspaniyanın baş məşqçisi Luis de la Fuente Fransa ilə yarımfinal matçında güvəndiyi "11-liy"i qorumağı planlaşdırır. Zədələri ilə bağlı narahatlıq yaranan Lamin Yamal və Pedro Porronun finalda oynamağa hazır olduğu bildirilir.

Argentina millisinin baş məşqçi Lionel Skaloninin Qonsalo Montiel, Rodriqo De Paul və Nikolas Qonsalesi ilk dəqiqələrdən meydana buraxacağı göstərilib

Heyətlər belədir:

İspaniya: Unai Simon, Pedro Porro, Pau Kubarsi, Emerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Dani Olmo, Lamin Yamal, Mikel Oyarsabal, Aleks Baena.

Argentina: Emiliano Martines, Qonsalo Montiel, Kristian Romero, Lisandro Martines, Nikolas Talyafiko, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Mak Allister, Nikolas Qonsales, Lionel Messi, Xulian Alvares.

İspaniya - Argentina finalı ABŞ-nin Nyu-Cersi ştatındakı Nyu-York/Nyu-Cersi stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

09:26

2026-cı il dünya çempionatının finalında bu gün İspaniya və Argentina milliləri üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşma ABŞ-nin Nyu-Cersi ştatındakı Nyu-York/Nyu-Cersi stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniya turnirə Avropa çempionu, Argentina isə son dünya və Cənubi Amerika çempionu kimi qatılıb. İspaniya yarımfinalda Fransanı, Argentina isə İngiltərəni mübarizədən kənarlaşdırıb.

Argentina qalib gələcəyi təqdirdə tarixində dördüncü, İspaniya isə ikinci dəfə dünya çempionu olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:15

Ronaldun məhsuldar ötürməsi “Əl-İttihad”ın qələbəsinə kömək etdi

Futbol
Bu gün, 01:15

Al‑İttihad, Al‑Nasr-u 2:1 məğlub etdi, Ronaldun məhsuldar ötürməsi fərqi artırdı

Futbol
Bu gün, 01:00

Şeydayev çıxış etdi, Soçi evində 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı olduğu Soçi klubu Pari NN-ə 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı olduğu Soçi klubu Pari NN-ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı olduğu Soçi klubu Pari NN-ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayev Soçi klubunda çıxış etdi, komanda 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı ilə Soci 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxış etdiyi “Soçi” klubu Pari NN-ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Şeydayevin çıxışı olduğu Soçi, Pari NN‑ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Şeydayev çıxış etdi, Soçi 1:0 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayev çıxış etdi, Soçi komandası Pari NN-ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin Soçi komandası Pari NN‑ə 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı ilə Soçi 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevun çıxışı ilə Soçi klubu Pari NN qarşısında 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayev Soçi klubunda 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayev Soçidə çıxış etdi, “Soçi” 1:0 Pari NN-ə qalib gəldi

Voleybol
Bu gün, 00:50

İtaliya qadın voleybol komandası Avropa çempionatının finalına çıxdı

Voleybol
Bu gün, 00:50

İtaliya qadın voleybol komandası Avropa çempionatının finalına yüksəldi

Futbol
Bu gün, 00:43

Sabah - Zirə qarşısında 5:0 qələbə (video)

Futbol
Bu gün, 00:43

Sabahın Zirəyə qarşı 5-0 qalibiyyəti - Video

Futbol
Bu gün, 00:43

Sabahın Zirə üzərinə 5-0 qalibiyyəti - Video

Futbol
Bu gün, 00:43

Sabah - Zirə matçının 5:0 video icmalı

Futbol
Bu gün, 00:43

Sabah – Zirə qarşısında 5:0 qələbəsi (Video icmalı)

Oxşar xəbərlər