İspaniya futbolunun əfsanəvi hücumçusu David Vilya Qonsalo Qarsiyanın oyun keyfiyyətləri barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, D.Vilya İspaniya KİV-ə açıqlamasında söyləyib ki, Qarsiya həm klassik "9 nömrə" tipli hücumçu, həm də daha hərəkətli forvard olduğunu sübut edib.
O, Holand və ya Lyorente kimi tipik və hündür "doqquzluq" təsiri bağışlamasa da, cərimə meydançasında vəziyyətə çox yaxşı nəzarət edir və geniş boşluqlar yaradır" - deyə D.Villa qeyd edib
Keçmiş futbolçu Qonsalo Qarsiyanın hücumları yüksək səviyyədə tamamladığını xüsusi vurğulayıb.
David Vilya gənc forvardın çox çevik olduğunu qeyd edərək, onun İspaniya futbolunda böyük uğurlara imza atacağına əminliyini ifadə edib.