İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva 2023-cü ildən bəri ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, 40 yaşlı futbolçu Honkonq Premyer Liqasının 8-ci turu çərçivəsində "Honkonq Reyncers"ə qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan matçda iştirak edib.
"Şatin"in formasını geyinən Silva 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib və qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Silva daha əvvəl bildirmişdi ki, karyerasını bərpa etməyə yalnız bir oyunda iştirak etmək şərti ilə razılıq verib.
O, bundan əvvəl sonuncu dəfə 2023-cü ildə rəsmi oyuna çıxmışdı. Həmin vaxt yarımmüdafiəçi ön çarpaz bağlarının qopması səbəbindən peşəkar futbol karyerasını başa vurmaq qərarına gəlmişdi.
Qeyd edək ki, Sivanın son klubu "Real Sosyedad" olub. O, karyerası ərzində "Mançester Siti", "Selta", "Eybar", "Valensiya" kimi klubların və İspaniya millisinin şərəfini qoruyub.