top
David Santos: Qəbələyə qələbə üçün gedəcəyik Idman.biz
30 sentyabr 2025, 17:43
- ↺ +

David Santos: "Qəbələ"yə qələbə üçün gedəcəyik"

"6 xalla heç də razı deyilik, çünki son iki oyunda qələbəyə qazana bilərdik".

Bunu futbolinfo.az-a müsahibəsində "Şamaxı"nın braziliyalı müdafiəçisi David Santos deyib.

Həmin müsahibəni təqdim edirik:

– Misli Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"la heç-heçə (1:1) etdiniz. "Şamaxı"nın ilk hissədə rəqibindən açıq-aşkar üstün oyun göstərdiyini və hesabda önə keçdiyini nəzərə alsaq, yekun nəticə sizi razı saldı?

– Oyuna çox yaxşı başladıq və 3-4 real qol vəziyyətimiz oldu. Buna görə də yekun nəticədən heç də razı qalmadıq. Bu baxımdan öz üzərimizdə işləməli və növbəti görüşlərdə əlimizə düşəcək imkanları qola çevirməliyik.

– Təxminən 60-65-ci dəqiqədən sonra "Şamaxı"da temp aşağı düşdü, bəzi futbolçularda yorğunluq hiss olundu. Bunun səbəbi nə idi?

– Düşünürəm ki, oyunu birinci hissədə bitirə bilmədiyimiz üçün rəqibə ümid verdik. Nəticə rəqibi razı salmadığı üçün matçın sonlarında topa daha çox nəzarət etmələri təbii idi. Həmin anlarda topsuz qalmağımız bizi gözlədiyimizdən daha çox yordu.

– "Şamaxı" 6 oyuna 6 xal toplayıb. Bu performans sizi qane edir, yoxsa düşünürsünüz ki, daha çox xal toplaya bilərdiniz?

– 6 xalla heç də razı deyilik, çünki son iki oyunda qələbəyə qazana bilərdik. Kiçik detallara görə "Zirə"yə qarşı görüşdə qələbəni əldən verdik. "Araz-Naxçıvan"la qarşılaşma da 3 xal qazana biləcəyimiz oyun idi, amma yenə üstünlüyümüzü sonadək qoruya bilmədik.

– Növbəti turda "Qəbələ"nin qonağı olacaqsınız. Səfərdən 3 xalla qayıtmaq mümkün olacaqmı?

– Qəbələyə qələbə üçün gedəcəyik. Rəqib keyfiyyətli komandadır. Bunu nəzərə alaraq, oyunun çox çətin keçəcəyini bilirik. Amma məqsədimiz dəyişmir: səfərdən 3 xalla qayıtmaq istəyirik.

– Baş məşqçi Ayxan Abbasovun oyun üslubuna və Azərbaycan Premyer Liqasına tam uyğunlaşa bilmisiniz?

– Bəli, mən və digər yeni transferlər Azərbaycan futboluna, baş məşqçimizin oyun tərzinə yaxşı uyğunlaşmışıq. Turlar keçdikcə daha çox inkişaf edirik. Ayxan Abbasovun bizdən tələb etdiyi bəzi detalları təkmilləşdirməli, meydanda daha düzgün qərarlar verməliyik. Bu halda daim qələbəyə daha yaxın olacağımıza inanıram.

– "Şamaxı"nın gücü cari mövsümü maksimum neçənci pillədə bitirməyə çatacaq?

– Dediyim kimi, biz sürətlə inkişaf edirik. İnanıram ki, mövsümün sonunda yaxşı bir mövqe tutacağıq. Amma bunun üçün çox çalışmalıyıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Oxşar xəbərlər