"Real Madrid"in müdafiəçisi David Alaba zədədən sonra yenidən komanda ilə birlikdə məşqə başlayıb.
İdman.Biz xəbər verir ki, avstriyalı futbolçu klubun bu gün keçirdiyi məşq prosesində ümumi qrupla çalışıb və bu, onun tam bərpa mərhələsinə yaxınlaşdığını göstərir.
Baş məşqçi heyəti Alabanın durumunu önümüzdəki oyunlara qədər qiymətləndirəcək. Müdafiəçi yaxın görüşlərdə iştirak edə bilər, lakin start heyətinə qayıdış komandanın tibbi və hazırlıq komandasının qərarından asılı olacaq.
Alabanın dönüşü "Real Madrid" üçün xüsusilə müdafiə xəttində seçim imkanlarını genişləndirir.