Polis Finlandiyanın V Liqasında danışılmış oyunlarda adı hallanan futbolçunu matçdan dərhal sonra həbs edib.
"Report" "Globo"ya istinadən xəbər verir ki, "Finnkurd" klubunun braziliyalı futbolçusu Conatan Qerreyro "Espa/Renat" komandasına 8:1 hesabı ilə qalib gəldikləri görüşdə 7 qol vurub.
Polis qarşılaşmadan dərhal sonra meydana daxil olub və futbolçunun mobil telefonunda araşdırma aparıb. 34 yaşlı hücumçunun danışılmış oyunlarda birbaşa iştirak etdiyi təsdiqləndiyi üçün o saxlanılıb.
Qeyd edək ki, Conatan Qerreyro həmçinin bir müddət əvvəl "Finnkurd" klubunun baş məşqçisi təyin olunub.
İki futbolçunun mobil telefonları yoxlanıldıqdan sonra sərbəst buraxıldığı, Guerreiro-nun isə həbsdə qaldığı bildirilir.
34 yaşlı Qerreyro bir neçə həftə əvvəl klubun baş məşqçisi təyin edilib.