top
Danilo Dias: Qarabağ istənilən komanda ilə rəqabət apara bilər Idman.biz
16 sentyabr 2025, 15:15
- ↺ +

Danilo Dias: "Qarabağ" istənilən komanda ilə rəqabət apara bilər

"Qarabağ" dəfələrlə sübut edib ki, "Benfika" səviyyəsində olan komandalarla başabaş mübarizə apara bilər.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış braziliyalı veteran futbolçu Danilo Dias keçmiş komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda bu gün Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, Ağdam təmsilçisinin Lissabon səfərindən xalla ayrılacağına inandığını bildirib: "Benfika" Portuqaliyanın böyük klubudur, bu faktdır. Amma "Qarabağ" istənilən komanda ilə rəqabət aparmaq gücündədir. Azərbaycan çempionu pley-off mərhələsində Macarıstan "Ferensvaroş"unu mübarizədən kənarlaşdırmaqla əla komanda olduğunu bir daha sübut etdi. "Qarabağ" bütün dünyaya, digər ölkələrin jurnalistlərinə və azarkeşlərinə göstərir ki, Azərbaycanda belə böyük komanda, bu klubda isə peşəkar idarəçilik var. Klubun balansında müasir məşq mərkəzi və keyfiyyətli stadionlar var".

Braziliyalı veteran hücumçu "Qarabağ"ın bu mövsüm də Azərbaycan çempionu olacağına ümid etdiyini söyləyib: "Çünki orada ölkənin ən yaxşı baş məşqçisi çalışır. Qurban Qurbanov həm yaxşı insandır, həm də komandanı ağılla idarə edə bilir, digər çempionatlardan güclü futbolçular gətirməyi bacarır".

Qeyd edək ki, bu gün "Da Luş" stadionunda keçiriləcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər